Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xarici Kəşfiyyat Xidmətində yeni rəis

Xarici Kəşfiyyat Xidmətində yeni rəis

Ramil Usubovdan YENİ RƏİS TƏYİNATI (20 Fevral 2017 10:03)
DİN-in mətbuat xidmətinə YENİ TƏYİNAT (13 Fevral 2017 11:33)
Orxan Mansurzadəyə yeni vəzifə verildi (13 Fevral 2017 11:29)

Tarix: 14 Dekabr 2015 14:51

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilib. Bu barədə prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:

Orxan Sedyar oğlu Sultanov Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilsin.

Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.


Eldar Mahmudov - keçmiş milli təhlükəsizlik naziri

Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.

Teqlər:  Xarici Kəşfiyyat Xidmətində yeni rəis



RƏYLƏR


Top xəbərlər