Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xristo Stoiçkov Qazaxıstan millisinin baş məşqçisi ola bilər

Xristo Stoiçkov Qazaxıstan millisinin baş məşqçisi ola bilər

Date: 14 December 2015 14:52

Bakı. 14 dekabr. REPORT,AZ/ Bolqarıstan yığmasının sabiq futbolçusu Xristo Stoiçkov Qazaxıstan millisinə baş məşqçi təyin oluna bilər. "Report"un "Tema Sport"a istinadən verdiyi məlumata görə, onun yeni vəzifədə Yuriy Krasnojanı əvəzləyəcəyi bildirilir.
49 yaşlı mütəxəssis hazırda Mayamidə yaşayır və Meksika televiziyalarının birində ekspert kimi fəaliyyət göstərir. Stoiçkov futbolçu kimi "Barselona" (İspaniya), "Parma" (İtaliya), MOİK (Sofiya, Bolqarıstan) və bir çox klublarda çıxış edib. Bu müddət ərzində bir çox çempionluqlar yaşayıb.
Qeyd edək ki, Stoiçkov baş məşqçi karyerası ərzində İspaniyanın "Selta", Bolqarıstanın "Liteks", MOİK (Sofiya) klublarında çalışıb. O, bir müddət Bolqarıstan yığmasının da baş məşqçisi olub.

Tags:  Xristo Stoiçkov Qazaxıstan millisinin baş məşqçisi ola bilər

RƏYLƏR


Top news