Bakı, 14 dekabr, AZƏRTAC
"Amrahbank" Açıq Səhmdar Cəmiyyətinin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən dövlət qeydiyyatına alınmış adi səhmlərinin buraxılışı baş tutmamış hesab edilib.
QKDK-dan AZƏRTAC-a bildiriblər ki, qeydiyyata alınmış 43 min 165 ədəd səhmin hər birinin nominal dəyəri 100 manat olub.