Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradıldı - MTN-in əsasında

Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradıldı - MTN-in əsasında

Date: 14 December 2015 15:11

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında fərman imzalayıb.

Axşam.az-ın məlumatına görə, fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılsın.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mədət Quliyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edib.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:

Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin".

Prezident İlham Əliyev Orxan Sedyar oğlu Sultanovun Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

 


Tags:  Dövlət Təhlükəsizliyi Xarici Kəşfiyyat xidmətləri yaradıldı MTN-in əsasında

RƏYLƏR


Top news