Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının iclası keçirilməyəcək

Date: 14 December 2015 15:17

Bakı. 14 dekabr. REPORT.AZ/ Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının iclası keçirilməyəcək. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Xeyr, iclas olmayacaq, heç planlaşdırılmır da", - Peskov jurnalistlərə bildirib.
Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının iclası dekabrın 15-nə planlaşdırılırdı. Bu məqsədlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər etməliydi.
Amma Türkiyə-Suriya sərhədində Türkiyənin Rusiya "Su-24"ünü vurması hadisəsindən sonra Rusiya-Türkiyə münasibətləri kəskin şəkildə pisləşib.

Tags:  Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının iclası keçirilməyəcək

RƏYLƏR


Top news