Yüz otuz doqquz yaşlı kitabın təqdimatı keçirilib

15:18 14 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycan mətbəxinin toplanması, tədqiqatı və təbliğatı ilə bağlı Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA) və Milli Kulinariya Mərkəzinin(AMKM) əməkdaşları tərəfindən bir neçə kitab nəşr olunub.
AZƏRTAC xəbər verir ki, dekabrın 14-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında da AMKA-ın və AMKM-in təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üçü görmüş “Aşbazların açarı” kitabının təqdimatı keçirilib.
Kitabxananın direktoru Tahir Sadıqov kitabın əhəmiyyətindən danışıb.
AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov hələ XIX əsrdə Türkiyədə türk dilində yazılmış 40 yemək kitabının olduğunu və bunun 7-sinin türk dilində erməni əlifbası ilə ermənilər tərəfindən üzünün köçürüldüyünü bildirib. Bu 7 kitabdan biri olan “Aşbazların açarı” kitabının 1876-cı ildə Türkiyədə yazıldığı, burada bir dənə də erməni mənşəli sözün olmadığını söyləyən T.Əmiraslanov məlumat verib ki, sonralar, keçmiş sovet dövründə ermənilər kitabı özləşdirərək, oradakı yeməklərin də erməni xalqına məxsus olduğunu iddia ediblər. Bu iddialarla kifayətlənməyən bədnam qonşularımız kitabı bir sıra xalqların dillərinə tərcümə edərək “erməni mətbəxi” nümunələri kimi təqdim ediblər.
Kitabın ikinci cildinin də nəşrə hazırlandığını deyən natiq bildirib ki, hətta utanmadan yeməklərin adlarını belə dəyişdirmədən “Dolma”, “Kabab”, “Yuxa” və digər mətbəx nümunələrimizi özəlləşdiriblər.
Bu kitabda aşkara çıxan tarixi həqiqətin bədnam qonşularımızın iç üzünü göstərdiyini deyən Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev sərsəm xülyalardan əl çəkməyən bədnam qonşularımızın “Köçəri” milli rəqsimizi də özəlləşdirmək istədiklərini, lakin bu niyyətlərinin boşa çıxmasını söyləyib. Natiq bildirib ki, artıq onlar öz riyakarlıqları ilə dünyaya tanınsalar da, biz sayıqlığımızı əldən verməməliyik. O, kitabın digər dillərə də tərcümə olunub yayılmasının vacibliyini bildirib.
Sonda həmmüəlliflərdən biri-kitabı erməni əlifbasından latın qrafikasına çevirən Ramiz Ağalıyev nəşrin ərsəyə gəlməsində əməyi və birbaşa xidməti olan AMKA-nın əməkdaşlarına minnətdarlığın bildirib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yuz_otuz_doqquz_yasli_kitabin_teqdimati_kechirilib-911079

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR