Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aygün Kazımova Natavana görə ondan küsdü - SƏBƏB

Aygün Kazımova Natavana görə ondan küsdü - SƏBƏB

Date: 14 December 2015 15:19

“Natavan Həbibi ilə birgə verilişdə qonaq olduğuma görə xalq artisti Aygün Kazımova mənimlə dostluq münasibətinə son qoydu”. Lent.az-ın məlumatına görə, bu sözləri “10-dan sonra” verilişinə qonaq olan müğənni Elton Hüseynəliyev deyib. O bildirib ki, A.Kazımova onun qarşısına şərt qoyub: “Dünən mənim Aygün Kazımova ilə söhbətim oldu. Birinci o bura dəvət olunmalı idi. Bu verilişə Aygünlə birgə mən də dəvət olunmuşdum. Demişdi ki, Eltonla yox, tək çıxmaq istəyirəm. Amma daha sonra belə məsləhət oldu ki, verilişə Natavan xanımla mən dəvət olunum. Dünən isə Aygün xanım mənə zəng edərək dedi ki, Natavanla o verilişə çıxma. 4-5 ildir çalışıram ki, dəstəkləməyim Aygün xanıma xoş olsun. Hətta mən olduğum toylarda Aygünü istəməyənlər olanda, onu o şənliyə mən salırdım.  Amma dünən sonda dediyi sözə görə mən ondan küsmüşəm”. 


Tags:  Aygün Kazımova Natavana ondan küsdü SƏBƏB

RƏYLƏR


Top news