"Oktayı mən məşhur etdim" - video

"Oktayı mən məşhur etdim" -  video
15:21 14 Dekabr 2015
115 Şou
Ölkə mətbuatı
A- A+

Meyxanaçı Samirə Yusifqızı həmkarı Oktay Kamillə bağlı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, sənətçi “10-dan sonra” verilişində həmkarının onun ünvanına dediyi təhqirlərə əsəbiləşdiyini bildirib:

“Azərbaycanda ilk meyxana deyən qadınam. Ən böyük günahım odur ki, Oktayla bir yerdə meyxana dedim. Çox məsuliyyətsizdir. Olmayan bir sözü danışmaq adama pis təsir edir. Kimsə ağzından söz qaçırdıb, onu şişirdib çatdırırlar. Sosial şəbəkədə təhqir edənlərə ar olsun. Oktay çoxdan meyxana deyirdi, amma mənim sayəmdə məşhurlaşdı. Ailəmə qalmaqal saldılar. Bunlar nə istəyirlər? Oğlum camaat içinə çıxa bilməsin? Deyilən sözlərə görə, cavabını alacaq. Elə ustadlarla söz demişəm ki, Oktay onların yanında kimdir ki? Heç kim, Oktay hələ uşaqdır”.

Qeyd edək ki, Oktay məclislərin birində meyxana deyərkən, həmkarının ünvanına qeyri-etik ifadələr işlətmişdi.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42461

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR