Azərbaycan və Türkiyə beynəlxalq avtomobil əlaqələri üzrə protokol imzaladılar (FOTO)

Azərbaycan və Türkiyə beynəlxalq avtomobil əlaqələri üzrə protokol imzaladılar (FOTO)
15:28 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Ankara şəhərində Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə daxil olan məlumata görə, iclasda Azərbaycan və Türkiyə arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının vəziyyəti, statistik məlumatların mübadiləsi, daşımaların inkişaf perspektivləri, yük və sərnişin daşımalarında mövcud problemlər və onların həlli yolları, Azərbaycan - Türkiyə avtodaşıyıcılarını maraqlandıran digər məsələlər (viza, sərhəd-keçid məntəqələrindəki iş rejimi, ağırtonnajlı və iri qabaritli nəqliyyat vasitələrinin hərəkəti, təhlükəli yüklərin daşınması, sığorta məsələləri) və 2016-cı il üçün icazə blanklarının kontingentinin təyin olunması müzakirə olunub.

Verilən məlumata əsasən, Prezident İlham Əliyevin müvafiq göstərişlərinə uyğun olaraq respublika ərazisinə daşınan tranzit yüklərin həcminin artırılması, şimal, cənub, şərq, qərb dəhlizlərindən Türkiyə avtodaşıyıcılarının tranzit keçidinin artırılması ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.

Daha sonra Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının protokolu imzalanıb.

Azərbaycan tərəfdən sənədi Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev, Türkiyə tərəfdən isə Nəqliyyat Dənizçilik və İnformasiya Nazirliyinin Kara Yolu Düzənləmə genel müdir yardımçısı Hüseyn Yılmaz imzalayıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2469295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR