​Türkiyə XİN başçısı: "Səbrimizi sınamağa ehtiyac yoxdur"

15:32 14 Dekabr 2015
15 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" "Corriere della Sera"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xairici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Egey dənizində Rusiyaya məxsus gəminin Türkiyənin balıqçı gəmisini atəşə tutumasına münasibət bildirərkən deyib.
"Şübhəsiz, Türkiyə və Rusiya etibarlı münasibəti bərpa etməlidir. Rusiya tərəfindən irəli sürülən ittihamlar qəbuledilməz olsa da, biz Moskva ilə danışıqları davam etdiririk. Türkiyə NATO-nun yeganə üzvüdür ki, Ukraynaya yönəli fəaliyyətinə görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb. Bu, Rusiyadan qorxmağımızla əlaqədar deyil. Biz dövlətlərimizi bağlayan dostluq münasibətlərinə üstünlük veririk. Terrorçu İŞİD qruplaşması Türkiyə üçün təhlükədir. Hamı bilməlidir ki, biz İŞİD-i məhv etməsək, terrorçular bizi məhv edəcək. Türkiyə həmişə neft qaçaqmalçılığına qarşı mübarizə aparıb", - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Mövlud Çavuşoğlu Romada Liviya üzrə beynəlxalq konfransda iştira edib.
Xatırladaq ki, Rusiyaya məxsus "Smetlivıy" hərbi gəmisi Egey dənizində Türkiyə balıqçı gəmisinə atəş açıb.

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-xi-n-bascisi-sebrimizi-sinamaga-ehtiyac-yoxdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR