Türkiyədə Qənirə Paşayevanın kitablarının imza günü olub

Türkiyədə Qənirə Paşayevanın kitablarının imza günü olub
15:34 14 Dekabr 2015
25 Sosial
Ölkə mətbuatı
A- A+

Türkiyənin Manisa, Sakarya, Bolu bölgəsində millət vəkili Qənirə Paşayevanın kitablarının imzalanması mərasimi olub. Lent.az-ın məlumatına görə, millət vəkilinin araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırlayıb tərtib etdiyi “Karabağ hikayeleri” kitabının və Q. Paşayevanın Türkiyədə nəşr olunmuş “Allah seven kalplerdedir” və “Aşk Başka” kitablarının imzalanma mərasimlərində bölgə rəsmiləri, ziyalılar, jurnalistlər və gənclər fəal iştirak ediblər.

 

Q. Paşayeva əsasən gənclərə “Karabağ hikayeleri”ni oxumalarını, ortaq tariximizi dərindən öyrənməyi tövsiyə edib və Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışıb: “Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncə qardaş Türkiyədə və türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə inanırıq”. 

 

Gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını da cavablandıran Qənirə Paşayeva bildirib ki, Türkiyədə çıxan “Allah, sevən kalplerdedir” ve “Aşk Başka” kitabından əldə ediləcək bütün gəlir yoxsul ailələrin qızlarının universitetdə təhsil ala bilməsi üçün xərclənəcək.

 

Nəşrindən cəmi iki ay keçməmiş “Allah, sevən kalplerdedir” kitabının Türkiyədə 2-ci baskı ilə çap olunmasını oxuyucuların böyük diqqəti olduğunu, deyən millət vəkili Türkiyənin bəzi bölgələrində də kitablarının təqdimat və imzalanması üçün dəvət aldığını söyləyib. Millət vəkili yaxın günlərdə Türkiyədə yeni bir kitabının da nəşr olunacağını və oxuyucuların ixtiyarına veriləcəyini də əlavə edib.

 








Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225128

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR