Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Mikayıl Cabbarov: Tələbə-Könüllü Mərkəzinin yaradılması bir zərurətdir

Mikayıl Cabbarov: Tələbə-Könüllü Mərkəzinin yaradılması bir zərurətdir

Mikayıl Cabbarov qəzada ölən tələbələrin ailələrinə başsağlığı verib (09 Mart 2017 11:57)
Mikayıl Cabbarov Ağdaşda vətəndaşları qəbul edəcək (27 Fevral 2017 11:12)

Tarix: 14 Dekabr 2015 15:38

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Tələbə-Könüllü Mərkəzinin yaradılması bir zərurətdir. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Tələbə-Könüllülərin I forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan gənclərinin könüllülük hərəkatında fəal iştirak etməsi sevindirici haldır: "Ölkədə tələbə-könüllülərə olan tələb ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən də qeyd edilib. Azərbaycanda keçirilən müxtəlif yarışlarda, xüsusilə I Avropa Oyunlarında tələbə-könüllülər fəal iştirak etdilər".

Nazir qeyd edib ki, müstəqilliyimizin düşmənləri də artır. Bütün bunlar cəmiyyətdə birliyi hər zamankından daha çox tələb edir: "Buna isə təhsilin gücləndirilməsi və könüllülərin fəaliyyəti öz töhfəsini verə bilər".

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Mikayıl Cabbarov Tələbə-Könüllü Mərkəzinin yaradılması zərurətdir



RƏYLƏR


Top xəbərlər