Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Aygün kimdir ki?" - Tolikdən sərt ittihamlar

"Aygün kimdir ki?" -  Tolikdən sərt ittihamlar

Date: 14 December 2015 15:41

Xalq artisti İlhamə Quliyevanın müğənni Elton Hüseynəliyevə dediyi “çaşma” ifadəsi prodüser Toliki özündən çıxarıb.

Axşam.az-ın məlumatına görə, prodüser birlikdə çalışdığı ifaçını müdafiə edib:

“Bu gün Elton efirdə olub və deyib ki, “mən İlhamə Quliyevanın qanunlarını bilmirəm. Ölkəmizdə bir qanun var, o da konstitusiyanın qoyduğu qanundu”. Aygün Kazımovaya gəldikdə isə... İlhamə Quliyevanın haqqında dedikləri yadından çıxıb? Mən yadına salaram. Natavan, Aygün davasına qarışmıram. Amma mənim müğənnim Eltona statusundan asılı olmayaraq heç kim “çaşma” deyə bilməz. Qarşısında məni görər. Düzdür, dünən Aygün Eltona yığıb deyib ki, efirə getmə. Hələ deyib ki, Toliklə işləmə. Ay Aygün, sən özün məhkəmədə uduzmusan, mən də sənə görə özümü bu davaya saldım. Bu nə vaxtacan davam edəcək?".

Tolik A.Kazımovanın ünvanına sərt ittihamlar yazıb:

"Mən bezdim üzümə gülüb, arxamca danışmağından. “Aygün filankəsin qəbulunda olub, nə deyib” – sözləri nədir? Bu ölkə dərəbəylikdir? Bu ölkənin qanunu var, heç kim heç kimə hədə gələ bilməz. Kimsə də vəzifəsindən, tutduğu rütbədən istifadə etməsin. Bu özbaşınalıq bitməsə, mən bilirəm kimlərin adını çəkəcəm. Artıq bəsdir. Aygün bu gün kiminləsə yemək yeyibsə, o demək deyil ki, nə istəsə edə bilər. Aygün kimdir ki? Azərbaycan vətəndaşı. Bizdən heç nəyi üstün deyil, sadəcə “xalq artisti” adı var. İlhamə Quliyeva mənlə danışıb, o Aygünün tərəfində ola bilməz. Çünki onları da mən barışdırmışam. Hər ikisi sözü varsa mənə deyə bilər. Heç İlhamə Quliyevanın yanına xəstəxanaya da getmədi. İndi nə oldu “cici-bacı” olublar”.

Qeyd edək ki, Elton Aygün Kazımova ilə bağlı tənqidi fikirlər səsləndirib. Xalq artisti İlhamə Quliyeva efirə zəng edərək “Sən və başqası mənim qanunlarımı hesaba almalıdır" deyərək, Aygün Kzımovanı müdafiə edib.

Tags:  Aygün kimdir Tolikdən sərt ittihamlar

RƏYLƏR


Top news