Azərbaycanlı alimlərin məqalələri top siyahıya liderlik edir

Azərbaycanlı alimlərin məqalələri top siyahıya liderlik edir
15:48 14 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Akademiklər Cəlal Əliyev, İradə Hüseynova, biologiya üzrə fəlsəfə doktorları Durna Əliyeva və Ələmdar Məmmədov tərəfindən “Plant Physioliology and Biochemistry” jurnalında dərc olunan “Subcellular localization and responses of superoxide dismutase isoforms in local wheat varieties subjected to continuous soil drought. Plant Physiol Biochem; (2014 Aug; 81: 54-60)” və “Photosynthesis Research” jurnalında çap edilən “Hydrogen peroxide generation and antioxidant enzyme activities in the leaves and roots of wheat cultivars subjected to long-term soil drought stress. Photosynth Res; (2015 Aug; 125(1-2):279-89)” məqalələri bu sahə üzrə çap olunan məqalələrdən seçilən iyirmi top siyahıda I və II yerləri paylaşır.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bununla bağlı Ödənişsiz Məlumat Xidmətinin təmsilçisi Keri Ernstdən məlumat daxil olub. Top siyahı dünyanın çox nüfuzlu yüksək impakt faktora malik jurnallarında çap olunan məqalələr arasından seçilib.
“Plant Physioliology and Biochemistry” jurnalı Avropa Bitki Bioloqları və Fransa Bitki Bioloqları Cəmiyyətləri Federasiyasının rəsmi jurnalıdır, nüfuzlu “Elsevier” nəşriyyatında çap olunur və 2.756 impakt faktora malikdir. “Photosynthesis Research” jurnalı isə Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin rəsmi jurnalıdır, impakt faktoru 3.502 olmaqla “Springer” nəşriyyatında çap olunur.
Qeyd edək ki, Azərbaycan alimlərinin məqalələri uzunmüddətli torpaq quraqlığının təsirinə məruz qalmış buğda genotiplərinin fotosintetik aparatında və antioksidant müdafiə sistemlərində baş verən dəyişikliklərin tədqiqinə həsr olunub. Alınan nəticələr qısa müddətdə tədqiqatçıların diqqətini cəlb edib və artıq bu işlərə nüfuzlu beynəlxalq jurnallarda istinadlar olunub.
Bütün tədqiqatlar AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda aparılıb. Azərbaycan alimlərinin iki məqaləsinin top siyahıda yer alması elmimiz üçün əhəmiyyətlidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_alimlerin_meqaleleri_top_siyahiya_liderlik_edir-911098

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR