Azərbaycan antiterror sanksiya siyahısını genişləndirdi

Azərbaycan antiterror sanksiya siyahısını genişləndirdi
15:53 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti terrorçuluğu dəstəkləməyə görə beynəlxalq sanksiyaların tətbiq edildiyi hüquqi və fiziki şəxslərin siyahısına 14 nəfəri əlavə edib.

Bu barədə Trend Maliyyə Monitorinqi Xidmətinin saytına istinadən məlumat verir.

Siyahıya Naşvan Əbd əl-Rəzzaq Əbd əl-Baqi, Məhəmməd Tahir Hammid Hüseyn, Ata Əbdüləziz Rəşid, Fərhad Kanabi Əhməd, Nəcmuddin Fərəc Əhməd, Muvanna Xarif əl-Dari, İbrahim Avvad İbrahim Əli əl-Bədri Əl Samarray (İraq vətəndaşları), İbrahim Məhəmməd Xəlil, Əbu Məhəmməd əl-Cavlani (Suriya vətəndaşları), Muhsin Fadhil Ayed Aşur əl-Fadhli (Küveyt), Əhməd Çatayev (Rusiya), Əkrəm Turki Nişan əl-Mazudi, Qazi Fezza Nişan əl-Mazudi və Tərxan Qaziyev daxil edilib. Son üç şəxsin vətəndaşlığı barədə məlumat verilmir.

Bundan başqa, Xidmət İraq vətəndaşı Rafik Məhəmməd Yusifi həmin siyahıdan çıxarıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2469323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR