Bakı sakininin avtomobili çaya düşüb, sürücü ölüb

Bakı sakininin avtomobili çaya düşüb, sürücü ölüb
15:57 14 Dekabr 2015
36 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakı sakininin idarə etdiyi avtomobil çaya düşüb, sürücü ölüb. "Report"un məlumatına görə, hadisə Şəki rayonunun İnçə kəndində baş verib. 
Şəki-Qax avtomobil yolu ilə Qax rayonu istiqamətində "Niva" markalı avtomobillə hərəkətdə olan Bakı şəhər sakini, 61 yaşlı Fəxrəddin Avaz oğlu Bayramov avtomobili Şin çayı üzərində yerləşən körpüdən çaya aşırıb. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan sürücü təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasın dəyişib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/baki-sakinin-avtomobili-caya-dusub-surucu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR