Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fuad Qəhrəmanlının apelyasiya şikayəti təmin edilmədi

Fuad Qəhrəmanlının apelyasiya şikayəti təmin edilmədi

Date: 14 December 2015 15:58

Bakı. Samir Məmmədov-Trend:

Bu gün Bakı Apelyasiya Məhkəməsində Dövlət əleyhinə kütləvi çağırış etməkdə təqsirləndirilərək həbs edilən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının barəsində Nəsimi rayon Məhkəməsinin çıxardığı qərardan verdiyi apelyasiya şikayətinə baxılıb.

Trend-in nəlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.

Apelyasiya Məhkəməsi birinci məhkəmə instansiyasının qərarını qüvvəsində saxlayıb.

Xatırladaq ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və onun sosial şəbəkələrdə bu cür çağırışlar etdiyi iddia edilir.

F.Qəhrəmanlı isə bu ittihamlarla razılaşmayaraq sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Fuad Qəhrəmanlının apelyasiya şikayəti təmin edilmədi

RƏYLƏR


Top news