ATMU Almaniyada keçirilən təlimlərdə təmsil olunub

ATMU Almaniyada keçirilən təlimlərdə təmsil olunub
15:58 14 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup tələbə və əməkdaşı Almaniyanın Jade Universitetində keçirilən təlimlərin iştirakçısı olub.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, “Mədəniyyətlərarası körpülərin salınmasında ünsiyyətin rolu” mövzusuna həsr olunmuş təlimlərdə Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna və digər ölkələrin nümayəndələri də təmsil olunublar.
Təlimin məqsədi mədəniyyətlərarası inkişaf prosesində ünsiyyətin rolu, bu sahədə strategiyalarla tanışlıq, ünsiyyət mədəniyyətində istifadə olunan metodlar, eləcə də mədəniyyətlərarası fərqliliklərin müzakirəsindən ibarət idi. Tədbir çərçivəsində Almaniyanın tarixi-mədəni yerlərinə ekskursiyaların təşkili də yaddaqalan olub.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ATMU_Almaniyada_kechirilen_telimlerde_temsil_olunub-911100

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR