BMT: Azərbaycanı başqa ölkələrə nümunə göstərmək lazımdır

16:08 14 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

BMT indiyədək Azərbaycanda könüllülük hərəkatını fəal şəkildə dəstəkləyib.

Trend-in məlumatına görə, bunu BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Natalia Alhazişvili Azərbaycan Tələbə-Könüllülərin I forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BMT-nin əsas işlərindən biri hər bir ölkədə olan yaxşı işləri digər dövlətlərə nümunə göstərməkdir: "Bu mənada Azərbaycanda yalnız gənclərlə bağlı deyil, ümumilikdə könüllülük hərəkatının necə dəstəkləndiyini başqa ölkələrə nümunə göstərmək lazımdır".

Xanım N.Alhazişvili bildirib ki, könüllülük insanın öz daxili istəyi ilə bağlıdır: "Əgər siz könüllü olmaq istəyirsinizsə, deməli, yaxşı bir iş görmək istəyirsiniz".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2469361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR