Azərbaycanın valyuta bazarında ajiotaj aradan qalxıb - TƏHLİL

Azərbaycanın valyuta bazarında ajiotaj aradan qalxıb - TƏHLİL
16:12 14 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin fevralın 21-də gerçəkləşən devalvasiya ilk təsirini Azərbaycanın nağd valyuta bazarında göstərib. Milli.Az APA-ya istinadən bildirir ki, həmin ay ərzində əhali rekord səviyyədə nağd dollar alıb. Lakin son ayların statistikası valyuta bazarında sabitliyin bərqərar olduğunu göstərir. 

İl ərzində nağd dollar bazarında vəziyyətə diqqət yetirək. Yanvar-oktyabr aylarında əhali banklardan və mübadilə məntəqələrindən 10,329 mlrd. dollar həcmində dollar alıb. O cümlədən, fevral ayında alışın həcmi 2,885 mlrd. dollar təşkil edib, yəni həmin ayın həcmi 10 ayın göstəricisinin 28 faizinə bərabər olub: 

Göründüyü kimi, mart-aprel ayında nisbətən yüksək həcmlər müşahidə olunub, ondan sonra isə həcmlər tədricən normaya düşüb. Belə ki, ötən il ərzində nağd dollar alışının orta aylıq göstəricisi 781 mln. dollar təşkil etdiyi halda, bu il ərzində bu rəqəm 1,033 mlrd. dollara bərabər olub. Lakin fevral ayı nəzərə alınmadan həmin göstərici 827 mln. dollara bərabərdir, yəni, ötən ilin göstəricisinə yaxındır. Bunun əsas səbəbi ondan ibarətdir ki, ilin 5 ayında alışın həcmləri orta aylıq göstəricisindən aşağı olub. Bunu əhali arasında valyuta ilə bağlı ajiotajın kəskin azalması və tədricən sona çatması kimi izah etmək olar. Nəticədə əhali nağd dolları adi həcmlər səviyyəsində alır ki, bunun da bir səbəbi dolların məzənnəsinin devalvasiyadan sonra sabit qalmasıdır. Fevralın 21-də manatın dollara qarşı məzənnəsi 1,05 manata endirilib və bu günə kimi kurs bu rəqəm ətrafında dövr edir. Mart-aprel ayında satılan nağd dolların həcminin nisbətən yüksək olması isə psixoloji amillə bağlı olub, çünki devalvasiyadan sonra əhali arasında dolların bahalaşacağı fikri hökm sürürdü, nəticədə əhali sərbəst olan vəsaitlərini hər ehtimala qarşı dollara çevirirdi. Tədricən bu ehtimallar zəiflədi ki, nəticədə nağd dollar bazarında yenidən sabitlik yaranıb.
 
Eyni zamanda təhlil edilən prosesin digər tərəfi də var. Əvvəl bunun valyuta bazarı ilə bağlı olan komponentinə fikir verək. Belə ki, bu ilin 10 ayı ərzində əhali banklara və mübadilə məntəqələrinə 3,076 mlrd. dollar miqdarında nağd dollar satıb ki, bu da ötən ilin 10 ayının göstəricisindən 290 mln. dollar və ya 10,4% çoxdur. Bu amil, yəni nağd dolların satışının illik müqayisədə yüksək olması birmənalı onu göstərir ki, əhali nağd dollar bazarında yalnız dolların yığımı ilə məşğul olmayıb, o həmçinin əvvəl alınan dolları fəal satır. Bu isə onu göstərir ki, dollar yığımı prosesində əhalinin imkanları hədsiz deyil və tədricən tükənmək üzrədir.
 
Beləliklə nağd dollar bazarını təhlilində biz tədricən əhalinin yığım qabiliyyətinə çatırıq. Bunu təsvir etmək üçün bir neçə amilə fikir verək. Rəsmi statistikaya əsasən, 10 ay ərzində əhali tərəfindən qazanılan gəlirlərin hər bir nəfərə düşən həcmi illik müqayisədə 4,4% artıb, həmin müddət ərzində müşahidə olunan illik inflyasiyanı nəzərə alanda (3,7%) aydın olur ki, real artım cəmi 0,7 faizə bərabər olub. Müqayisə üçün deyək ki, 2014-cü ilin yanvar-oktyabr aylarında real artım 2,5%, əvvəlki ildə isə 4,1%-ə bərabər olub. Beləliklə bu göstərici üzrə azalma göz qabağındadır.
 
Bundan başqa statistikaya əsasən, bu ilin 10 ayında qazanılan gəlirlərin 76,3%-i son istehlak xərclərinə, 9,3%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf ediliv, və cəmi 11,5%-i isə yığıma yönəldilib. Ötən ildə yığıma yönəldilən gəlirlərin hissəsi 18,2%, 2013-cü ilin yanvar-oktyabrında isə 21,3% təşkil edib. Nəticədə demək olar ki, əhalinin yığım qabiliyyəti azalmaqdadır və belə olan halda əhalinin valyuta almağa yönəltmək üçün sərbəst vəsaitləri azalır. Əhalinin maliyyə imkanları azalır, gəlirlərin əsas hissəsi cari istehlaka yönəldilir. Hətta demək olar ki, əvvəllər alınan valyuta sonradan cari istehlakı ödəmək üçün satılır. Bu proses artıq tək valyuta bazarını əhatə etmir, uzunmüddətli mallarının alışında, əmlak bazarı və nəqliyyat vasitələri bazarında da durğunluq müşahidə olunur.
 
Nəhayət daha bir amilə fikir verək. Belə ki, Mərkəzi Bankın məlumatına görə, bu ilin 10 ayı ərzində əhalinin banklardakı əmanətlərin həcmi azalıb. Azalma cəmi 0,2% təşkil edib, amma nəzərə almaq lazımdır ki, azalma son illər ərzində ilk dəfə baş verib. Bu o deməkdir ki, əmanətlərin çıxarılması baş verir və çıxarılma həcmi ən azı 9-10%-ə bərabərdir. Çünki Azərbaycan banklarında əmanətlər üzrə illik gəlirliyin ortalama göstəricisi 9-10% təşkil edir. Yəni əmanətlər toxunulmamış qalsa, həcmdə ən azı bu səviyyədə artım olmalıdır. Qeyd edək ki, əmanətlərin çıxarılması həmçinin faizlərin götürülməsinə də aid edilir. Beləliklə demək olar ki, əhali qazanmış faizləri əmanət hesabından götürərək öz ehtiyaclarına xərcləyir.
 
Beləliklə, nağd dolları bazarında müşahidə olunan vəziyyətini təhlil edərkən biz iki nəticəyə gəlirik. Birinci nəticə ondan ibarətdir ki, əhali arasında valyuta ajiotajı artıq başa çatıb. Yuxarıda göstərilən qrafikə əsasən demək olar ki, bu proses artıq yay aylarında başlayıb və sonrakı zamanda həmin tendensiya möhkəmlənib və nəticədə əhali valyuta bazarında "gözlənilməz" sürprizləri artıq gözləmir. Digər tərəfdən isə aydın olur ki, əhalinin əksər hissəsi hətta sürprizləri gözləsə də, valyuta sarsıntılardan sığortalana bilmir, çünki sərbəst vəsaitləri yoxdur. Məşhur bir aforizmdə deyildiyi kimi, "əgər fincanda yarıya qədər maye varsa, optimist hesab edir ki, fincan yarıyadək doludur, pessimist isə hesab edir ki, fincan yarıyadək boşdur". Biz nə optimist, nə pessimist olmaq istəmirik, sadəcə obyektivlik tələb edir ki, fincana həm aşağıdan yuxarıya, həm yuxarıdan aşağıya baxaq, nəticəni isə qoy başqaları çıxarsınlar. Bizim fikrimizcə isə "valyuta fincanı" məsələsində hər iki yanaşma öz rolunu oynayıb - devalvasiyadan bir-iki ay keçdikdən sonra valyuta ajiotajı sakitləşib, əhalinin yığım qabiliyyəti isə iqtisadiyyatda baş verən proseslərin təsiri altında azalıb. Fincana nə qədər baxsaq belə, maye nə azalacaq, nə artacaq, bu, yanaşmadan asılı olmayan bir faktdır.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

BƏXTSİZ TURİST: hər səfərində terror aktını yaşadı

18 Avqust 2017 20:28

"Kopenhagen" - "Qarabağ" oyununda anşlaq

18 Avqust 2017 20:28

Hər kəs vegetarian olsa, dünya necə olardı?

18 Avqust 2017 20:13

"Apple" yol qəzalarının qarşısını alacaq yeni layihə hazırlayıb

18 Avqust 2017 20:07

Moskvanın Qarabağ PLANI, gizli danışıqların DETALLARI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

18 Avqust 2017 20:03

Finlandiyada bıçaqlı hücum -

18 Avqust 2017 20:02

Boris Yeltsinin avtomobili satışa çıxarıldı - 300 MİN DOLLAR

18 Avqust 2017 19:53

Cinsi azlıqların nümayəndələrinin məhkəmə prosesi davam edir

18 Avqust 2017 19:52

Bakı İslam Universitetində təşkil olunan Komissiyanın işi bir gün daha uzadılıb

18 Avqust 2017 19:47

AYGÜN TV-nin rəhbərinin oğlu çayda boğulub

18 Avqust 2017 19:38

Suriyada hökumət qüvvələri kimyəvi silahlarla hücuma keçdi -

18 Avqust 2017 19:38

Rusiyanın ilk prezidentinin avtomobili satışa çıxarılıb

18 Avqust 2017 19:37

Sobanı təmizləməyin ƏN SADƏ ÜSULU

18 Avqust 2017 19:23

Keçmiş televiziya sahibinin oğlu faciəvi şəkildə öldü - AZƏRBAYCANDA

18 Avqust 2017 19:19

Eyni mənzili müxtəlif şəxslərə satan tikinti şirkətinin rəhbəri HƏBS OLUNDU

18 Avqust 2017 19:18

Türkiyədə traktor aşdı -

18 Avqust 2017 19:15

Batumidə baş vermis hadisədə xəsarət alanlar arasında azərbaycanlılar yoxdur

18 Avqust 2017 19:12

Rəqqasə Aytəndən cazibədar FOTOLAR

18 Avqust 2017 19:09

Tikinti təşkilatının mənzilləri bir neçə nəfərə satan rəhbəri həbs edilib

18 Avqust 2017 19:07

Azərbaycanda daha bir uşaq it dişlədiyinə görə öldü - TƏHLÜKƏ

18 Avqust 2017 19:04

Daha bir uşaq it dişləməsindən DÜNYASINI DƏYİŞDİ - 7 yaşlı

18 Avqust 2017 18:53

ABŞ Guamdakı hərbi bazasını açıq elan etdi

18 Avqust 2017 18:45

Dəridəki "ət xalları" yox etməyin ən sadə və ucuz üsulu

18 Avqust 2017 18:43

Bərdə rayonunda 7 yaşlı uşaq it dişləməsi nəticəsində dünyasını dəyişib

18 Avqust 2017 18:42

Ermənistan ordusunda növbəti intihar dalğası: "Qarabağ bizim deyil"

18 Avqust 2017 18:38

Dünya bu 22 yaşlı azərbaycanlını axtarır

18 Avqust 2017 18:30

“Unibank”ın 5 filialı şənbə günlərinə işi bərpa edib

18 Avqust 2017 18:27

Zərərçəkmiş: "Bu işdə Arif Əsgərovun oğlu da əsas günahkardır"

18 Avqust 2017 18:27

Daha bir Avropa ölkəsində TERROR: Yaralılar var

18 Avqust 2017 18:23

Arıqlamaq üçün ən təbii üsul

18 Avqust 2017 18:15

Bu tərəvəz bədəni zəhərdən təmizləyib immuniteti gücləndirir

18 Avqust 2017 18:13

Finlandiyada naməlum şəxs insanların üzərinə bıçaqla hücum edib, xeyli sayda yaralı var

18 Avqust 2017 18:12

ABŞ “Əş-Şəbab”-a zərbə endirdi

18 Avqust 2017 18:05

Hüquq müdafiəçisindən Saakaşvili barədə: “Gözləri qarşısında arvadı və qızı zorladılar”

18 Avqust 2017 18:03

Nazirlik küçəyə zibil atan şəxslərin müəyyən olunması üçün polisə müraciət edib

18 Avqust 2017 18:02

Azərbaycan Premyer Liqasında II turun təyinatları açıqlanıb

18 Avqust 2017 18:02

Aeroport yolunda sürət həddi endirilib

18 Avqust 2017 18:02

Əli Kərimlinin keçmiş mühafizəçisindən sensasion açıqlamalar

18 Avqust 2017 17:59

Baş Prokurorluq bu saytlara XƏBƏRDARLIQ etdi

18 Avqust 2017 17:58

“Qarabağ” - "İnter" oyununu kim idarə edəcək?

18 Avqust 2017 17:57

"Milan"ın sabiq futbolçusu Azərbaycan yığmasının üzvü ilə eyni komandada çıxış edəcək

18 Avqust 2017 17:57

İkinci turun təyinatları açıqlandı

18 Avqust 2017 17:57

Burundidə iki gecə klubunda partlayış olub, 3 nəfər ölüb, 27 nəfər yaralanıb

18 Avqust 2017 17:52

Azərbaycan Prezidenti əfqanıstanlı həmkarını təbrik edib

18 Avqust 2017 17:50

Rusiyada yandırılıb öldürülən azərbaycanlıyla bağlı ŞOK TƏFƏRRÜAT: İşgəncə də verilibmiş

18 Avqust 2017 17:49

Unibank filialları şənbə günləri də işləyir

18 Avqust 2017 17:48

Alim Qasımovun şıdırğı rəqsi – VİDEO

18 Avqust 2017 17:48

Bakının 4 qəsəbəsinin kanalizasiya xətləri yenilənəcək - SƏRƏNCAM

18 Avqust 2017 17:44

Dənizdə batan daha 4 nəfər xilas edilib

18 Avqust 2017 17:40

Daşkəsəndə sərxoş kişi çaya düşərək ölüb

18 Avqust 2017 17:37