Şəkidə maşın 7 m hündürlükdən uçdu, ölən var

Şəkidə maşın 7 m hündürlükdən uçdu, ölən var
16:17 14 Dekabr 2015
87 Ölkə
Ölkə mətbuatı
A- A+

KANAL S (REGİON TV) xəbər verir ki, bu gün Şəki ərazisində ağır yol qəza hadisəsi baş verib. Qəza zamanı avtomobil yoldan çıxaraq aşıb. Ağır bədən xəsarətləri alan sürücünün həyatını isə xilas etmək mümkün olmayıb.

Hadisə saat 14 radələrində Şəki-Qax yolunda, Şəkinin İncə kəndi ərazisində qeydə alınıb. 1954-cü il təvəllüdlü, Bakı sakini Bayramov Fəxrəddin Avaz oğlu 90-ST-230 dövlət nömrə nişanlı "Niva" markalı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə avtomobil 7 metr hündürlükdən yuvarlanaraq kənd sakinlərindən birinin həyətyanı sahəsinə düşüb. Hadisədə avtomobildə tək olan sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza yerinə dərhal həkim briqadası cəlb olunub.

Xəstəxanadan verilən məlumata görə, xəstəxanaya aparılan sürücü həkimlərin səyinə baxmayaraq ambulansda dünyasını dəyişib. Qəzada avtomobil tamamilə yararsız hala düşüb. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırmalar aparılır. Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra bəlli olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/390133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR