Tatyana Borzova: Bu gün Ermənistan “Kim erməni deyilsə, ərazilərimizi tərk etsin!” siyasətini yürüdür

Tatyana Borzova: Bu gün Ermənistan “Kim erməni deyilsə, ərazilərimizi tərk etsin!” siyasətini yürüdür
16:18 14 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 14 dekabr, AZƏRTAC 
Ermənistan hələ sovet dövründə bütün digər millətləri öz ərazisindən sıxışdırıb çıxaran və ya özünə tabe edən mono respublika idi. İndi isə vəziyyət daha da acınacaqlıdır. Son 10 il ərzində Ermənistandan köçənlərin 64 faizi rusdilli əhalidir. Bundan başqa, Ermənistanda əsrlərlə yaşayan azərbaycanlılar, gürcülər, belaruslar, ukraynalılar da bu ölkəni tərk etmək məcburiyyətində qalıblar. Bu gün Ermənistan “Kim erməni deyilsə, zəhmət çəkib bizim əraziləri tərk etsin!” siyasətini yürüdür.
Bu fikirləri Rusiyanın “İnterfaks” agentliyində “MDB və Baltikyanı ölkələrdə rusdilli vətəndaşların vəziyyətinin öyrənilməsi” mövzusunda keçirilən mətbuat konfransında Avrasiya Strateji Tədqiqatlar İnstitutunun eksperti Tatyana Borzova deyib. Ekspert qeyd edib ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindən rusdilli əhali kütləvi şəkildə köçür. İnstitutun Dağlıq Qarabağdakı rusdilli icma ilə telefon vasitəsilə apardığı sorğunun nəticələri göstərib ki, son bir ildə bu bölgəni 1000 rusdilli ailə tərk edib.
Avrasiya Strateji Tədqiqatlar İnstitutunun “NGO Acceptare” qeyri-hökumət təşkilatı ilə birlikdə apardığı tədqiqatın nəticələrinə görə, MDB ölkələrində rusdilli əhaliyə münasibət Azərbaycanda daha ürəkaçandır. Azərbaycanda rus dilində orta və ali təhsil almaqla yanaşı, rusdilli əhali bütün dövlət və qeyri-dövlət strukturlarında işlə təmin oluna bilir, rus icmasının nümayəndəsi parlamentdə təmsil olunur. T.Borzova deyib: “Azərbaycana səfərim zamanı Bakı Slavyan Universitetində oldum. Bu ali məktəbin mütəxəssisləri bizi ölkənin digər bölgələrinə səfərlərdə də müşayiət edirdi. Heydər Əliyev Beynəlxalq Aeroportundan tutmuş ən ucqar bölgələrədək heç yerdə rus dilində ünsiyyət bizim üçün maneə yaratmırdı. Rusdilli əhaliyə bu cür münasibətə görə Azərbaycana minnətdarıq”. Tədqiqat çərçivəsində aparılan sorğunun “Fikrinizcə, yaşadığınız ölkədə rusdilli əhalinin hüquqlarının pozulması üçün hansı səbəblər ola bilər” sualına Azərbaycanda dini əqidə səbəbini heç kim misal gətirməyib. Halbuki dini baxımdan Rusiyaya yaxın Ermənistanda rəyi soruşulan rusdilli əhalinin 3,27 faizi dini əqidəsinə görə hüquqlarının pozulmasından şikayət edib.
Ermənistana səfərindən danışan T.Borzova vurğulayıb ki, rusdilli mətbuatda yazılanlarla Ermənistandakı vəziyyət arasında böyük fərq var. O deyib: “Mən Ermənistanda sovet dövründə də olmuşam. Ancaq budəfəki səfərim məni şok vəziyyətinə saldı. Hətta Amerikada belə mənə yolu göstərə biləcək rusdilli yerli sakin tapmaq çətin deyildi. Ermənistanda bununla bağlı çox böyük problemlərim oldu. Bu ölkədə rus dilində danışan qonağa olduqca pis münasibətlə rastlaşdım”.
Mətbuat konfransının digər iştirakçısı, “NGO Acceptare” qeyri-hökumət təşkilatının prezidenti Viktoriya Pavlenko deyib ki, Azərbaycanda qanunvericiliyə görə, rusdilli əhalinin rus dilində informasiya almaq, təhsil almaq hüququ var. Azərbaycanda qanunvericiliklə faktiki vəziyyət arasında tam uyğunluq müşahidə olunur.
Tədqiqatın nəticələrindən məlum olur ki, Ermənistan təhsil müəssisələrində rus dili hətta fakültativ səviyyədə belə öyrənilmir. V.Pavlenko deyib: “Ermənistanda rus dilində təhsilin səviyyəsinin getdikcə aşağı düşməsi həm də onunla əlaqədardır ki, bu ölkədə rus dilində təhsil alan əhali, demək olar qalmayıb. Bütün bunlar Ermənistanın tamamilə monomilli dövlətə çevrilməsi istiqamətində atılan addımlardır. Rusdilli əhalinin ölkədən köçməsi baxımından Ermənistan MDB respublikaları arasında birinci yeri tutur ”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda 17 yaşlı gənc kütləvi dava zamanı bıçaqlanıb

22 Avqust 2017 05:52

Səfir: İraq 2 ay ərzində tamamilə İŞİD-dən azad olunacaq

22 Avqust 2017 05:37

Tramp xanımı və oğlu ilə birgə Günəş tutulmasını izlədi

22 Avqust 2017 05:33

88 yaşında internet fenomeni oldu - FOTOLAR

22 Avqust 2017 05:03

Bakıda avtomobil yerüstü piyada keçidindən keçməyən şəxsi vuraraq öldürüb

22 Avqust 2017 04:52

Yaponiyada yük gəmisi batıb: itkin düşənlər var

22 Avqust 2017 04:47

Türkiyə HHQ 4 terrorçunu məhv etdi

22 Avqust 2017 04:33

Türkiyədə zəlzələ olub

22 Avqust 2017 04:27

Sənəti ilə dünyaya səs saldı - FOTOLAR

22 Avqust 2017 04:08

Fox News: Tramp Əfqanıstana 4 min hərbçi göndərəcək

22 Avqust 2017 03:44

İraqın Tall-Afar şəhərini 40 min sakin TƏRK ETDİ

22 Avqust 2017 03:33

Tramp Əfqanıstana daha 4000 əsgər göndərəcək

22 Avqust 2017 03:27

“Barselona”dan ayrıla biləcəyimi düşünürəm" - İnyesta

22 Avqust 2017 03:03

"Azərbaycan muğamını öyrənirəm" - Ruslana

22 Avqust 2017 02:28

UEFA-dan Cüneyt Çakıra təyinat

22 Avqust 2017 02:16

Tramp Günəş tutulmasını xanımı və oğlu ilə birlikdə izləyib

22 Avqust 2017 02:12

Günel nişanlısı ilə barışdı

22 Avqust 2017 02:09

Amerikalı hərbçilərin axtarışı davam edir

22 Avqust 2017 01:50

Fəxriyyə Xələfova: Mən bu gözəlliyi dünya ilə paylaşmaq istəyirəm

22 Avqust 2017 01:28

Nəhəng asteroid Yer kürəsinin 7 milyon km yaxınından keçəcək

22 Avqust 2017 01:28

“Barselona”dan ayrıla biləcəyimi düşünürəm" -

22 Avqust 2017 01:10

İtaliyada zəlzələ olub, xəsarət alanlar var

22 Avqust 2017 00:47

Türkiyə və İran PKK-ya qarşı birləşir

22 Avqust 2017 00:44

Xəyanət edən ərindən belə qisas aldı - FOTO

22 Avqust 2017 00:28

Livan ordusu İŞİD rəhbərlərindən birini həbs edib

22 Avqust 2017 00:27

Türkiyədə dəhşətli terror aktının qarşısı alındı

22 Avqust 2017 00:19

Kapitan üçün əlamətdar tur -

22 Avqust 2017 00:18

Vasif Talıbov sərhəd xidmətində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxsləri təltif edib

22 Avqust 2017 00:12

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08

Rusiyanın Krasnodar vilayətində vertolyot qəzaya uğrayıb

22 Avqust 2017 00:02

Ölənlərin sayı 500 nəfəri ötdü -

21 Avqust 2017 23:55

Valideynlərin nəzərinə: Uşaqlar arasında yoluxucu VİRUS YAYILIB

21 Avqust 2017 23:48

Rostovda yanğında 36 nəfər xəsarət alıb

21 Avqust 2017 23:35

Rostov vilayətində fövqəladə vəziyyət

21 Avqust 2017 23:34

Rostovda baş vermiş yanğında xəsarət alanların sayı 36 nəfərə çatıb

21 Avqust 2017 23:27

Gəncədə 27 yaşlı oğlan bıçaqlandı

21 Avqust 2017 23:24

“VAZ” 15 baş qoyunu vurdu - İsmayıllıda

21 Avqust 2017 23:19

Həm qanunsuzdur, həm də təhlükəli - elektriklə balıq ovlanılır - VİDEO

21 Avqust 2017 23:18

Gəncədə 27 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb

21 Avqust 2017 23:17

Gürcüstanda meşə yanğınları tüğyan edir -

21 Avqust 2017 23:10

Əfqanıstanın paytaxtı Kabildə partlayış olub

21 Avqust 2017 23:07

Ukrayna üzrə ABŞ-Rusiya görüşü başa çatdı

21 Avqust 2017 23:03

Abşeronda qəza -

21 Avqust 2017 22:58

Müşviqabadda qəza - 2 yaralı

21 Avqust 2017 22:54

Barselona terrorunda şübhəli bilinən əsas şəxs saxlanılıb

21 Avqust 2017 22:48

İraqın Tall-Afar şəhərini 40 min dinc sakin tərk edib

21 Avqust 2017 22:47

Saakaşvili Avropanın bir neçə ölkəsinin ona vətəndaşlıq verməyə hazır olduğunu bildirib

21 Avqust 2017 22:42

Qırğızıstan hökuməti istefa verib

21 Avqust 2017 22:30

Şəbnəm bağ evini nümayiş etdirdi – FOTOLAR

21 Avqust 2017 22:28

FHN Gürcüstana yanğının söndürülməsi üçün ikinci HELİKOPTER GÖNDƏRDİ

21 Avqust 2017 22:18