Azərbaycanın ingilis dilinə yiyələnmə göstəriciləri açıqlanıb

Azərbaycanın ingilis dilinə yiyələnmə göstəriciləri açıqlanıb
16:23 14 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
“EF Education First” ölkələrin ingilis dili bacarıqlarına görə dünyanın ən böyük reytinqi olan “EF English Proficiency Index”i (EF EPI) beşinci illik indeksi açıqlayıb. Bu reytinqdə Azərbaycan 46.12 EF EPI göstəricisi ilə 60-cı sırada qərarlaşıb.
AZƏRTAC xəbər verir ki, hesabat ingilis dilini qlobal və regional səviyyədə öyrənmə tendensiyalarını müəyyən edir və ölkələrin ingilis dili bilikləri və onların iqtisadi rəqabətliliyi arasındakı münasibəti təhlil edir. Builki EF EPI hesabatı ingilis dilini öyrənən 910.000 gəncin sınaq məlumatlarından istifadə etməklə sıralanan 70 ölkəni əhatə edir.
EF EPI 2015-in tam reytinq siyahısı rəsmi veb-səhifəsində yerləşdirilib. www.ef.com/epi/ linkində isə EF EPI hesabatı və əlavə təhlillər əksini tapıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_ingilis_diline_yiyelenme_gostericileri_achiqlanib-911116

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR