Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ "Günəşli" yatağındakı qəzanın təhlilində köməyini təklif edib

Date: 14 December 2015 16:27

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, A.Hokstayn “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verərək, xəsarət alanlara şəfa diləyib.
“Bu ağır günlərdə ABŞ sizin kədərinizi bölüşür”, – deyə A.Hokstayn qəzanın təhlili və bərpa işləri ilə əlaqədar ölkəsinin köməyini də təklif edib. “ABŞ Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (BSEE) Bürosu hadisənin əsas səbəbinin təhlilində kömək etməyə hazırdır”, - deyə ABŞ-ın xüsusi elçisi qeyd edib.

Tags:  ABŞ Günəşli yatağındakı qəzanın təhlilində köməyini təklif edib

RƏYLƏR


Top news