Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kür çayının aşağı axınında da suyun səviyyəsi azalıb

Kür çayının aşağı axınında da suyun səviyyəsi azalıb

Date: 14 December 2015 16:33


Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-150, Kiçik Qafqazın çaylarında 170-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-90 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 162 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik baş verməyib. Bu məntəqədə su sərfi saniyədə 55 kubmetr olub.
Kür çayının aşağı axınında da suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 santimetr azalma qeydə alınıb
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 438, Şirvanda 323, Salyanda 286, Bankədə 218, Novruzlu məntəqəsində isə 169 santimetrdir.


Tags:  Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb


RƏYLƏR


Top news