Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Böyük sənətkarın 100 illik yubileyi qeyd edilib

Date: 14 December 2015 16:38


Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Qərb Universitetində dünya şöhrətli müğənni, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin dizayn kafedrasının müdiri Pərvanə Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin böyük sənətkar Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncamın əhəmiyyətini vurğulayıb.
Tədbirdə, görkəmli müğənninin həyat və yaradıcılığı, özünəməxsus ifaçılıq bacarığı barədə məlumat verilib.
Çıxış edənlər Rəşid Behbudovun şəxsiyyəti, bənzərsiz sənəti ilə bağlı fikirlərini bildirib, onunla bağlı xatirələrini bölüşüblər.

Tags:  Böyük sənətkarın 100 illik yubileyi qeyd edilib


RƏYLƏR


Top news