Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

25 yaşlı qız "səssiz ölüm"-ün qurbanı oldu

25 yaşlı qız "səssiz ölüm"-ün qurbanı oldu

Date: 14 December 2015 16:41

Dəm qazı 25 yaşlı qadının həyatına həyatına son qoyub. Hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Nizami Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, şəhər sakini 1990-cı il təvəllüdlü Sevinc Oruc qızı İbrahimova yaşadığı evdə dəm qazından zəhərlənərək həyatını itirib. Onun meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.

Dünyasını dəyişən qadın evli olub.

Hadisənin başvermə səbəbləri barədə hələlik məlumat verilmir.

Dəm qazının ölümə səbəb olduğu ikinci fakt isə Xətai rayonu ərazisində baş verib. Həmin rayonda yaşayan Dövlətgəldi Qurbanov mənzillərində dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı müvafiq rayon prokurorluqlarında cinayət işi açılıb, araşdırmalar aparılır.

İki gün əvvəl də Bakıda mənzildə 24 yaşlı qızın meyiti tapılıb.

Məlumata görə, Nərimanov rayonunda 1991-cı il təvəllüdlü Əzizova Nərmin Rəhim qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən zərərçəkmişi hamamda huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı N.Əzizovanın dəm qazından vəfat etdiyi müəyyən olunub.

Tags:  yaşlı qız səssiz ölüm-ün qurbanı oldu

RƏYLƏR


Top news