​Ərdoğan: "Türkiyə-İsrail münasibətlərinin normallaşmasına bölgənin ehtiyacı var"

​Ərdoğan: "Türkiyə-İsrail münasibətlərinin normallaşmasına bölgənin ehtiyacı var"
16:42 14 Dekabr 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ "Türkiyə ilə İsrail arasında münasibətin normallaşmasına bölgənin ehtiyacı var".
"Report" İsrail KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan səfərindən qayıdarkən, təyyarənin göyərtəsində jurnalistlərə müsahibəsində bildirib.
"Bizim İsraillə üç problemimiz var idi. Biz onların üzr istəmələrini istədik (2010-cu ildə "Mavi mərmərə" gəmisində İsrail hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində Türkiyənin 9 vətəndaşı həyatını itirmişdi - "Report" ). Onlar bunu etdilər. Biz onlardan hadisə ilə bağlı kompensasiya ödəmələrini istəmişik, bunu verməyiblər. Bir də biz Fələstinə qoyulan embarqonun götürlməsini istəmişik, buna da əməl etməyiblər. Prosesin normallaşması bütövlükdə regiona, o cümlədən bizə, İsrail və Fələstinə faydalı olacaq. Bölgəmizin buna ehtiyacı var. Sülhün tez gəlməsi üçün buradakı xalqların maraqlarını fikirləşmək lazımdır", - o, vurğulayıb.
Qeyd edək ki, İsrailin təbii energetika və ehtiyatlar Yuvala Ştaynitsa Türkiyəyə təbii qaz nəql edilməsinin mümkünülüyünü bildirmişdi.

Xəbərin orijinal ünvanı: http://report.az/region/erdogan-turkiye-i-srail-munasibetlerinin-normallasmasina-bolgenin-ehtiyac

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR