İstanbul, 14 dekabr, AZƏRTAC
Türkiyə 2018-ci ildə İraq kürd muxtar regionundan təbii qaz idxal etmək niyyətindədir.
Anadolu Agentliyinin məlumatına görə, İraqın bu bölgəsindən Türkiyəyə magistral qaz xətti çəkiləcək. Bildirilir ki, 2017-ci ilin sonunda boru xəttinin çəkilməsi planlaşdırılır. Türkiyə bu qazı həm daxili tələbatına sərf etməyi, həm də ixrac etməyi nəzərdə tutur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul