Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib

Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib
16:47 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Ankarada Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının iki ölkə arasında beynəlxalq avtomobil əlaqələri sahəsində növbəti iclası keçirilib. İclasda Azərbaycan və Türkiyə arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının vəziyyəti, statistik məlumatların mübadiləsi, daşımaların inkişaf perspektivləri müzakirə edilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, görüşdə həmçinin yük və sərnişin daşımalarında mövcud problemlər və onların həlli yolları, Azərbaycan-Türkiyə avtodaşıyıcılarını maraqlandıran digər məsələlər (viza, sərhəd-keçid məntəqələrindəki iş rejimi, ağırtonnajlı və iri qabaritli nəqliyyat vasitələrinin hərəkəti, təhlükəli yüklərin daşınması, sığorta məsələləri) və 2016-cı il üçün icazə blanklarının kontingentinin təyin olunması ətrafında danışıqlar aparılıb.
Bundan başqa, respublika ərazisinə daşınan tranzit yüklərin həcminin artırılması, şimal, cənub, şərq, qərb dəhlizlərindən Türkiyə avtodaşıyıcılarının tranzit keçidinin artırılması ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib. Daha sonra Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının protokolu imzalanıb. Azərbaycan tərəfindən sənədi Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev, Türkiyə tərəfindən isə Nəqliyyat, Dənizçilik və İnformasiya Nazirliyinin Yol Hərəkəti Qaydaları Baş Direktorluğunda direktor köməkçisi Hüseyn Yılmaz imzalayıblar.



Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/urkiye-azerbaycan-qarisiq-komissiyasinin-novbeti-iclasi-kecirilib-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR