Peter Zayzenbaxer: “Azərbaycan cüdoçuları Rioda çıxış etməyə layiq olduqlarını göstərməlidirlər”

16:48 14 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC 
Cüdo üzrə Azərbaycan yığması məşqçi Peter Zayzenbaxerin rəhbərliyi ilə ciddi uğurlar qazanıb. Onun komandaya başçılıq etdiyi aylar ərzində idmançılar “Böyük dəbilqə” və Qran-Pri turnirlərində fərqləniblər, Olimpiya təsnifatı üçün xallar qazanıblar. Avstriyalı mütəxəssis Milli Cüdo Federasiyasının saytına verdiyi müsahibədə komandanın aralıq nəticələri, Rioya hazırlıq və bir sıra başqa məsələlər barədə fikirlərini bölüşüb.
-Başa çatmaqda olan mövsümün son ayları komanda üçün gərgin olub. Nəzərdə tutulanları nə dərəcədə reallaşdıra bilmisiniz?
-Mən ilk növbədə qeyd etmək istərdim ki, yarış ilinin başa çatması barədə danışmaq daha düzgün olardı. Ona görə ki, bizim mövsüm dünya çempionatı ilə başlanır və olimpiada ilə başa çatır. Bu baxımdan indi yalnız ilin sonuncu reytinq startı barədə danışmaq olar. Üstəlik, bildiyiniz kimi, Tokioda “Böyük dəbilqə” turnirində bizim komandadan yalnız iki idmançı – 100 kq çəki dərəcəsində Elmar Qasımov və Elxan Məmmədov çıxış etdi.
-Son aylarda komanda çox çıxış edib, “Böyük dəbilqə” və Qran-Pri turnirlərində uğurlu mübarizəsi ilə fərqlənib. Yığmamızın bir növ Asiya turnesinə qısaca yekun vura bilərdinizmi?
-Yığmamız ən yaxşı nəticə göstərməyə çalışıb. Bəzi yarışlarda o, daha yaxşı təsir bağışlayıb, başqa turnirlərdə bəzi idmançılar ən yaxşı keyfiyyətlərini tam nümayiş etdirə bilməyiblər. Bunun da səbəbləri var, çünki idmançıların heç də hamısı ən yaxşı formada deyildi. Halbuki Qran-Pri və “Böyük dəbilqə” turnirlərində ən güclü idmançılar çıxış edirdi, bu şəraitdə medallar uğrunda mübarizə aparmaq heç də asan deyildi. Belə deyə bilərəm, komandamızın uğurlu günləri də olub, mübarizənin istədiyimiz səviyyədə keçmədiyi günlər də. Buna görə də daha sabit nəticələr əldə etməyə çalışmaq və səhvlərimizi düzəltmək lazımdır.
-Yəqin ki, idmançıların startlara təkcə fiziki baxımdan deyil, həm də psixoloji mənada hazır olması sizin üçün vacibdir. Fikrinizcə, bu aspektlərin hansı daha üstündür?
-Sözsüz ki, onların hər biri vacibdir. Bütövlükdə bu amillər idmançını formalaşdıran bazadır. Burada taktika da lazımdır, texnika da, psixologiya da. Biz bu istiqamətdə işləməliyik, çünki uşaqların hazırlıq dərəcəsi eyni deyil, indi onları, necə deyərlər, ümumi məxrəcə gətirmək lazımdır. Bundan əlavə, bu və ya digər atletin xüsusiyyətləri nəzərə alınmaqla fərdi hazırlıq da vacibdir.
-Siz ikinci dəfədir ki, Azərbaycan yığmasına rəhbərlik edirsiniz. İdmançıların potensialı və ölkədə cüdonun inkişafı barədə məlumatınız var. İndi komanda ilə işiniz nə dərəcədə asanlaşıb?
-Etiraf edirəm ki, vəziyyət mürəkkəbdir. Əslində mən yığmaya olimpiya dövrəsinin sonunda başçılıq etməyə başlamışam. İndi əsas prioritet 2016-cı il Olimpiya Oyunlarında yüksək nəticə göstərməkdir. Bütün startlar Rioya hazırlıq məqsədi güdür. Lakin nəzərdə tutulanların hamısını reallaşdırmaq üçün vaxt ehtiyatı nə qədər çox olsa, bir o qədər yaxşıdır.
-Yəqin ki, təsnifat mərhələsi başa çatandan sonra Olimpiya yığmasını formalaşdırmaq üçün çətin seçim etməli olacaqsınız. Axı 60 kq və 100 kq çəki dərəcələrinin hər birində Olimpiadada iştirak etmək iddiasında olan iki idmançı var.
-Mən seçim barədə fikirləşmirəm. Ona görə ki, Rioya getmək iddiasında olanlar təsnifat prosesində özlərini göstərməlidirlər. Sübut etməlidirlər ki, Olimpiadada Azərbaycanı təmsil etmək hüququna məhz onlar layiqdir. Namizədlərdən biri digərindən güclü olmalıdır. Ona görə də bu məsələnin həlli asandır. Namizədin kim olacağını deyə bilmərəm, bunu cüdoçuların inkişafı göstərəcək.
-Azərbaycan yığması 60, 66, 73 və 100 kq çəki dərəcələrində lisenziyaları faktiki olaraq təmin edib. Qalan çəki dərəcələrində vəziyyət necədir?
-81 kq, 90 kq və 100 kq-dan yuxarı çəki dərəcələrində vakansiya qazanmaq çətin olacaq, ona görə ki, oyunların finişi yaxınlaşır. Bu o deməkdir ki, irəlidə qalan startların sayı azdır. Lakin biz bu istiqamətdə işləyirik.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan nefti 3% bahalaşıb

28 İyun 2017 11:32

Nazəninin verilişində nələr yaşanıb?

28 İyun 2017 11:29

“Formula 1” çempionu Bakıda nasaz “Jiquli”ni təmir etmək istədi, amma... - FOTO

28 İyun 2017 11:28

Yer kürəsinin 500 milyon ili 1 dəqiqədə - VİDEO

28 İyun 2017 11:27

Azərbaycanda zəlzələ oldu

28 İyun 2017 11:27

Məktəbdə hamilə qadını vəhşicəsinə döydülər - VİDEO

28 İyun 2017 11:27

Tər qoxusundan xilas olmaq ÜSULLARI

28 İyun 2017 11:26

Azərbaycanın cənubunda zəlzələ olub

28 İyun 2017 11:24

Məşhur modelyer qızına toy etdi - FOTO

28 İyun 2017 11:22

Bakıda qadını döyərək öldürməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib

28 İyun 2017 11:22

22 yaşlı Leylanın anası: "Alışmışdım qızımın olmasına, getdi..." - FOTO

28 İyun 2017 11:22

Masallıda zəlzələ - 3 bal gücündə

28 İyun 2017 11:22

ŞOK iddia: Şahzadə Uilyam FİFA-ya rüşvət təklif edib

28 İyun 2017 11:18

Bakıda gənc qızın evində naməlum varlıq peyda oldu

28 İyun 2017 11:18

Azərbaycandan Çexiyaya donuz taunu keçib?

28 İyun 2017 11:17

"Yuventus"un ulduzu hər kəslə vidalaşdı

28 İyun 2017 11:17

Aynişan əməliyyat olundu - FOTO

28 İyun 2017 11:12

Millət vəkilini öldürmək istəyən 4 nəfər son anda ələ keçdi

28 İyun 2017 11:12

KİV: “Qazprom” Türkiyə bazarından çıxır

28 İyun 2017 11:12

Anar Heybətovun qızı ilə Qusar gəzintisi - FOTO

28 İyun 2017 11:12

Azərbaycanda zəlzələ

28 İyun 2017 11:12

TAP konsorsiumunun rəhbərliyində YENİ TƏYİNATLAR

28 İyun 2017 11:08

“WhatsApp”-da göndərdiyiniz mesajı silmək ÜSULU

28 İyun 2017 11:06

Ermənini məğlub edən idmançımız Avropa çempionu oldu

28 İyun 2017 11:05

Masallıda zəlzələ olub

28 İyun 2017 11:02

Masallıda zəlzələ oldu

28 İyun 2017 10:58

Qızının müalicəsi üçün pul tapmayan atadan ürəkağrıdan hərəkət - VİDEO - FOTO

28 İyun 2017 10:57

Svanadze belə məşq edir - FOTO

28 İyun 2017 10:57

Qızıl bahalaşdı

28 İyun 2017 10:52

Bayram günləri yol qəzalarında 10 nəfər öldü

28 İyun 2017 10:48

Venesuelada Ali Məhkəmənin binasına helikopterlə hücum edilib

28 İyun 2017 10:47

Tanınmış aktyor öldü - FOTO

28 İyun 2017 10:47

Bakıda qadın kişini yerə yıxıb təpiklədi

28 İyun 2017 10:45

Sevgilisi bir gecəsinə 15 min ödəyir - VİDEO - FOTO

28 İyun 2017 10:42

Arif Quliyev bu dəfə güldürmədi, hamını ağlatdı...

28 İyun 2017 10:42

Efirdə qol güləşdirən qadının qolu qırıldı - VIDEO

28 İyun 2017 10:37

Ermənistanda universitet rektoru barəsində cinayət işi məhkəməyə göndərildi

28 İyun 2017 10:37

Lüksemburq klubu itkilərlə gəldi

28 İyun 2017 10:37

Estetik əməliyyatda ölən 22 yaşlı modelin yeni

28 İyun 2017 10:35

Neft ucuzlaşdı

28 İyun 2017 10:33

Mübariz İbrahimova həsr edilmiş animasiya hazırlandı - VİDEO

28 İyun 2017 10:32

Qızıl bahalaşdı

28 İyun 2017 10:29

"Zirə" hə, rəqibi yox

28 İyun 2017 10:27

Ankarada gecə klubuna silahlı hücum: yaralılar var - VİDEO - FOTO

28 İyun 2017 10:27

TAP-ın Yunanıstan və Albaniya hissəsində boruların 1/3-i döşənib

28 İyun 2017 10:27

Əlil sərnişini təyyarəyə sürünərək qalxmağa məcbur etdilər - RƏZALƏT

28 İyun 2017 10:24

Türkiyə Ermənistanla sərhədi beton divarlarla bağlayır – ŞOK SƏBƏB

28 İyun 2017 10:23

Bakıda qadın kişini polisin gözü qarşısında yerə sərdi: "Mən "işverən" deyiləm" - VİDEO - FOTO

28 İyun 2017 10:22

Əməliyyatdan sağ çıxmayan modelin anasından

28 İyun 2017 10:17

Siyəzən Elektrik Şəbəkəsində yenidənqurma işləri genişlənir

28 İyun 2017 10:15