«IDC»: 2019-cu ildə «Əşyalar interneti»nə xərclərin həcmi 1.3 trilyon dollara yaxınlaşacaq

«IDC»: 2019-cu ildə «Əşyalar interneti»nə xərclərin həcmi 1.3 trilyon dollara yaxınlaşacaq
16:56 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

«IDC»-nin analitiklərinin «Əşyalar interneti» («IoT») ilə bağlı proqnozuna əsasən, yaxın illərdə bu bazarın həcmi ildə orta hesabla 17 faiz artacaq. Onu nəzərə alaraq ki, 2015-ci ildə sözügedən bazarın həcmi 698,6 milyard dollar səviyyəsində gözlənilir. Beləliklə, 2019-cu ildə «Əşyalar interneti»nə sərf olunan xərclər 1,3 trilyon dollara yaxınlaşacaq.

«ICTnews» elektron xəbər xidməti «ixbt.com» resursuna istinadən xəbər verir ki, bu bazara regionlar üzrə nəzər saldıqda Asiya-Sakit okean regionu aşkar liderdir. Cari ildə «Əşyalar interneti»nə qlobal xərclərin 40 faizi sözügedən regionun payına düşəcək. Şimali Amerika və Avropa müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alacaq.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40350-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR