Bu il Bakıda bayram fərqli olacaq

Bu il Bakıda bayram fərqli olacaq
16:56 14 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Bu il Azərbaycanda yeni ilə maraq daha azdır.

Bunu ANS PRESS-ə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov dedi.

Onun sözlərinə görə, paytaxtda hazırlıq işlərinə tam başlanmasa da, bəzi mərkəzi küçələrdə, Hökumət evinin qarşısında, Azadlıq meydanında və Neftçilər prospekti, Azneft dairəsində artıq şam ağacı quraşdırılıb. Hökumət Evinin qarşısındakı yolkanın hündürlüyü 40, Azneft dairəsindəki Yeni İl yolkasının hündürlüyü isə 20 metrdir.

"Bayramla əlaqədar paytaxtın bir çox yerlərində, o cümlədən, milli parkın ərazisində də "yolkaların" qurulması planlaşdırlıb. Bundan başqa, artıq şaxta baba, qar qız və digər cizgi film qəhrəmanı olmaq istəyənlər də bizə müraciət edib. Onların hər biri 60 manat civarında pul ödəyərək, istədikləri personaj kimi bayram günü hamını sevindirə bilərlər. Bizdə insanlar sevir onlarla şəkil çəkdirməyi, amma bu il ötən illərə nisbətən, nədənsə, bayrama o qədər də böyük həvəs yoxdur", - deyə Əliabbas Bağırov qeyd etdi.


Bakıda Yeni il ab-havası

Onun sözlərinə görə, əvvəlki kimi paytaxtda olan bütün ağaclar işıqlandırılmayacaq, buna həm insanlarda həvəs yoxdur, həm də bu, qənaət məqsədi daşıyır.

Bakının Fəvvarələr bağında isə bayram yarmarkası keçirilir, burada bayrama aid müxtəlif aksessuarlar satılır.



Yeni il bayramı hər il dünyanın müxtəlif ölkələrində böyük təntənə ilə qeyd edilir. Hər ölkə bu bayramı özünəməxsus şəkildə keçirir. Bu ölkələrdən bir neçəsinin adlarını və bayramla bağlı adətlərini sizin nəzərinizə çatdırırıq.

Bu ölkələr Yeni ili belə qeyd edir:

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=367233

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR