Xalq artisti: "Bir də gördüm ki, xəstəxanadayam..."

Xalq artisti: "Bir də gördüm ki, xəstəxanadayam..."
16:57 14 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə gün bundan qabaq sağlamlığında kəskin problemlər yaranan xalq artisti Yalçın Rzazadənin səhhətində irəliləyiş var.

Bu barədə publika.az-a açıqlama verən müğənni yavaş-yavaş özünə gəldiyini söyləyib:
 
"Səhhətim kəskin pisləşmişdi. Həkimlər sağ olsunlar, məni xilas etdilər. Bilirsiniz ki, Türkiyədə ağır ürək əməliyyatı keçirmişəm. Ürəyimi qorumalıydım, amma bacarmadım. Əsəbləşdim, stress yaşadım və bir də onda gördüm ki, xəstəxanadayam. Dava-dərman olundu, sistem qoşdular, indi-indi dirçəlirəm. Artıq havaya çıxıram. Həkimlər məsləhət görüblər ki, təmiz havada olum, hərəkət edim".
 
Xalq artisti müalicə üçün Türkiyəyə getməyəcəyini də bildirib:
 
"Hələ ki, Türkiyəyə getməyi planlaşdırmıram. Özümü yerli həkimlərə etibar etmişəm. Həkimlər bərk-bərk tapşırıblar ki, əsəbləşməyim. Bu isə mümkün deyil, hər günümüz əsəbdir". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/390142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR