Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda zəlzələlərin sayı azalıb

Azərbaycanda zəlzələlərin sayı azalıb

Date: 14 December 2015 16:59

2015-ci ildə Azərbaycanda 2014-cü illə müqayisədəzəlzələlərin sayı və ayrılan seysmik enerjinin miqdarı bir qədər azalıb.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 2015-ci il üzrə Elmi-Elmi Təşkilati Fəaliyyəti üzrə Hesabatında yer alıb.

 

Hesabat ilində 17 hiss olunan (ml=3.1-5.9) zəlzələ baş verib. 2015-ci ildə Azərbaycanın şimal zonasında Oguz, Şamaxı-İsmayıllı seysmogen zonasında, Şabran və Talış zonasında seysmikliyin artımı müşahidə olunur.  2015-ci ildə 2014-cü ilə nisbətən Xəzərin seysmikliyi bir qədər artıb, ayrılan seysmik enerji isə 2 dəfə az olub.

 

Qeyd edək ki, 2015-ci ildə respublika ərazisində 7000 yaxın zəlzələ qeydə alınıb. Bunlardan 17-i hiss olunan zəlzələ olub.


Tags:  Azərbaycanda zəlzələlərin sayı azalıb

RƏYLƏR


Top news