“Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim” layihəsi davam edir

“Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim” layihəsi davam edir
16:59 14 Dekabr 2015
47 Sosial
Ölkə mətbuatı
A- A+

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim” layihəsinin icrasına çərçivəsində  dekabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçirib. Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan birliyin idarə heyətinin rəhbəri Vüsalə Hüseynli bildirib ki, layihənin əsas məqsədi Azərbaycan həqiqətlərini, Qarabağ problemini dünyaya daha yaxından tanıtmaqdır.

 

Tədbirdə çıxış edən Azərbaycan Prezident Administrasiyasının İctimai-Siyası şöbənin Gənclər Təşkilatları ilə iş sektorunun əməkdaşı Rahu Qurbanova hər bir gəncin Azərbaycandan kənarda bir səfir statusunu daşıdığını vurğulayıb.

 

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Afaq Nadirli Gənclər Fondunun tək gənclər təşkilatlarını deyil, eyni zamanda fərdi gənclərin də ideyalarını  dəstəklədiyini qeyd edərək, gənc media nümayəndələrini bu fürsətdən faydalanmağa dəvət edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225143

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR