“Fənərbaxça” komandası “Lokomotiv”ə, “Qalatasaray” klubu isə “Latsio”ya rəqib olub

“Fənərbaxça” komandası “Lokomotiv”ə, “Qalatasaray” klubu isə “Latsio”ya rəqib olub
17:03 14 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də futbol üzrə UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin püşkü atılıb. Püşkatmada qitənin ikinci dərəcəli klub turnirinin qrup mərhələsinin 24 qalibi və Çempionlar Liqasının 3-cü yerinin sahibləri iştirak ediblər.
İsveçrənin Nyon şəhərində keçirilən püşkdən əvvəl 32 komanda səbətlərə paylanıb. Qrup qalibləri səpələnmiş, ikinciləri səpələnməmişlər sırasında yer alıb. Çempionlar Liqasından gələn 8 komanda isə reytinqinə əsasən səbətlərə bölünüb.
Püşkatma mərasimində UEFA-nın baş katibi Canni İnfantino ilə yanaşı, İsveçrənin tanınmış futbolçusu Aleksandr Fray da iştirak edib. Püşkatmanın nəticəsi olaraq onaltıdabir finalda aşağıdakı komandalar bir-birinə rəqib olublar:
“Valensiya” (İspaniya) - “Rapid” (Avstriya)
“Fiorentina” (İtaliya) - “Tottenhem” (İngiltərə)
“Borussiya” (Almaniya) - “Porto” (Portuqaliya)
“Fənərbaxça” (Türkiyə) - “Lokomotiv” (Rusiya)
“Anderlext” (Belçika) - “Olimpiakos” (Yunanıstan)
“Midtyulland” (Danimarka) - “Mançester Yunayted” (İngiltərə)
“Auqsburq” (Almaniya) - “Liverpul” (İngiltərə)
“Sparta” (Çexiya) - “Krasnodar” (Rusiya)
“Qalatasaray” (Türkiyə) - “Latsio” (İtaliya)
“Syon” (İsveçrə) - “Braqa” (Portuqaliya)
“Şaxtyor” (Ukrayna) - “Şalke” (Almaniya)
“Marsel” (Fransa) - “Atletik” (İspaniya)
“Sevilya” (İspaniya) - “Molde” (Norveç)
“Sportinq” (Portuqaliya) - “Bayer” (Almaniya)
“Vilyarreal” (İspaniya) - “Napoli” (İtaliya)
“Sent-Etyenn” (Fransa) - “Bazel” (İsveçrə)
Qeyd edək ki, Avropa Liqasında onaltıdabir finalın ilk oyunları fevralın 18-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fenerbaxcha_komandasi_Lokomotive_Qalatasaray_klubu_ise_Latsioya_reqib_olub-911137

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR