Tokio, 14 dekabr, AZƏRTAC
Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi bəyan edib ki, asteroidin tədqiqi üçün kosmosa buraxılmış “Hayabusa-2” zondu istiqaməti dəyişdikdən sonra təyin edilmiş orbitə çıxarılıb.
Dekabrın 14-də agentliyin bildirdiyinə görə, əvvəlcədən planlaşdırıldığı kimi, zond “Ryuqu” asteroidinə doğru hərəkət edir.
Plana uyğun olaraq, zond “Ryuqu” Mars və Yerin orbitləri arasında olarkən, 2018-ci ilin iyun və ya iyulunda asteroidə enəcək.
Asteroiddən daş nümunələri götürən zond 2020-ci ildə Yerə qayıdacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio