""BakuBus" hələ piarla məşğuldur"

""BakuBus" hələ piarla məşğuldur"
17:05 14 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Sərnişindaşıma xidməti göstərən "BakuBus" MMC-yə məxsus avtobusların işini hələlik rentabelli saymaq olmaz.

Bunu Trend-ə açıqlamasında "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

Bəzi marşrut xətlərində "BakuBus" MMC-nin avtobuslarının sərnişinlərlə tam dolmaması məsələsinə aydınlıq gətirən qurum rəsmisi qeyd edib ki, buna səbəb onların kartla işləməsidir: "Bakıda ilk dəfədir ki, kart sistemi ilə işləyən avtobular fəaliyyət göstərir. Kart sisteminə keçid həm çətin, həm də vaxt alan prosesdir. Cəmiyyətimiz tam olaraq kart sisteminə adaptasiya olmayıb. Ona görə də avtobusların sərnişinlərlə dolmasında bir qədər problemlər yaşayırıq. Amma insanların hamısında kart olandan sonra bu problem də öz həllini tapacaq".

N.Allahyarova qeyd edib ki, təmsil etdiyi qurum hazırda diqqəti daha çox "BakuBus" MMC-nin ictimaiyyət arasında tanıdılmasına sərf edir: "Bütün şirkətlər fəaliyyətinin ilk vaxtlarında özlərinin "piar"ı ilə məşğul olurlar. Bizim qurumun da fəaliyyəti hazırda bu istiqamətdədir. İcitimaiyyət, ilk növbədə, "BakuBus" MMC-nin və kart sisteminin nə olduğunu anlamalıdır. Bunun üçün bir sıra işlər görmüşük".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390141.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR