Ömrün musiqili səhifələri... - fotolar

Ömrün musiqili səhifələri... - fotolar
17:06 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

23 FEVRAL (23 Fevral 2017 09:08)

... İş həftəsinin ortasında axşam saat 7-də tədbirə gedəsən. Tədbir də şəhərin göbəyində ola, Muğam Mərkəzində. 

Gecikməməkdən ötrü nə qədər erkən çıxırsan çıx, yenə də bu böyük meqapolisin siqnallı, hay-küylü tıxaclarından sıyrılmalısan. Bütün o zil səsləri, əsəbi sürücüləri, addım-addım irəliləyən maşınları arxada qoyub Bulvarın səssizliyinə daxil olan kimi ovqatın dəyişilir. Çünki bilirsən, bilirsən ki, qarşıda bir neçə saatlıq zövq var; beynini lazımsız düşüncələrdən ayıracaq, ruhunu saflaşdıracaq musiqi səni gözləyir.

Əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” estrada-folklor ansamblının iki konsertində olmuşam indiyə kimi. Hər iki halda yazı yazmışam, təəssüratlarımı qələmə almışam. Yox, bu dəfə yazmayacam - düşünürəm. Axı o iki yazıdan sonra yeni nə demək olar?! Amma... Yenə də yaradıcılığın mistik, qəribə tərəflərindən biri. Aylarla düşünüb yazmaq istədiyin, beynindən çıxarmadığın mövzunu kağıza köçürə bilmirsən, elə bil əlin işə yatmır. Bəzən “yazmayacam, yeni bir şey demək çətindi” - söylədiyin mövzu haqda isə heç səndən asılı olmadan təptəzə cümlələr doğulur. Və görünür bu fikirlərin yaranması üçün münbit şərait, daha doğrusu əsl sənət aurası lazımdı. 8 dekabrda Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist Mircavad Cəfərovun “Ömrün musiqili səhifələri” adlı hesabat konsertində olduğu kimi. Niyə hesabat? Çünki bu il Mircavad Cəfərovun 50 illik yubileyi olub. 50 illik ömrünün səhifələrini bir-bir çevirərək hesabat vermək istəyib tamaşaçılarına, dostlarına, onu sevənlərə və daha çox ÖZÜNƏ. Axı, əslində bütün hesabatlar insanın özünə aiddi. Mən kiməm? Nə etmişəm? Hardan başladım? Nələrdən keçdim? Hansı yerə çatmışam? Və ən əsası: qarşıda hansı hədəflər var? Məncə Mircavad Cəfərov məhz bu sualların cavabını axtarırdı həmin gün, bunların hamısını ilk növbədə özü üçün müəyyənləşdirmək istəyirdi. Dəvət etdiyi dostları, tamaşaçılar, yaxud musiqi biliciləri sadəcə kömək edirdilər ona.

Beləliklə, hələ konsert başlamamış elə foyedəcə ilıq bir mühit duyulur, şəhərimizin musiqi, sənət xiridarı Rahib Azəri “Ömrün musiqili səhifələri” konsertinə hazırlıq vaxtı Mircavad Cəfərovla söhbətlərindən, “Cəngi”nin tarixindən danışır. Ansamblın rəqs kollektivi maraqlı rəqs nömrələri ilə çıxış edirlər. Baxdıqca düşünürəm ki, milli rəqslərimizin hamısında millətin xarakteri var əslində: gənc oğlanların igidliyi, döyüşkənliyi, nərmənazik qızların zərifliyi, nazı, qəmzəsi. Doğrusu rəqs sənəti haqda elə də böyük bilgilərim yoxdu, amma tamaşaçılar arasında olan Xalq artisti, rəqqasə Təranə Muradovanın razılıqla başını yelləməsindən, ürəkdən alqışlamasından başa düşürəm ki, “Cəngi” bu sahəyə də peşəkar yanaşır.

Rəqslərdən dərhal sonra zala keçirik. Rahib Azəri Mircavad Cəfərov və onun sənət yolu haqda söhbətlərini davam etdirir. Səbəbkar özü səhnəyə çıxır,  üzündə maraqlı bir ifadə var. Həm həyəcan, həm narahatlıq, həm hər şeyin yaxşı olacağına arxayınlıq, amma daha çox təvazökarlıq. Bayaqdan bəri ekranda Avropanın müxtəlif şəhərlərində konsertlərdən fotoları sərgilənən sənətkar özünü naqolay hiss edir elə bil. Belə insanları tərifləmək çətindi, mövzunu dəyişib başqa nələrdənsə danışacaq, dəbdəbəli sözlər deməyə imkan verməyəcək. Əslində həyatı, sənəti həqiqətən duyan, dərinliyini dərk edən adam elə belə olmalıdı; təvazökar, təkəbbürsüz. Mircavad Cəfərov valideynlərinə təşəkkürlərindən başlayır söhbətinə. Məhz bu məqamda uşaqların istedadının üzə çıxmasında böyüklərin rolunu düşünürəm. Fitri istedad, körpəlikdən özünü göstərən bacarıq, meyllər öz yerində. Amma bütün bunları görən, sonrasının necə olacağını fəhm edən valideynin üzərinə böyük məsuliyyət düşür.  Məsələn, balaca bir taxta parçasına sim bağlayıb çalmağa çalışan uşağı atası Mirqəfər kişi ciddiyə almaya da bilərdi, adi bir dəcəllik, şıltaqlıq, oyun da saya bilərdi bunu. Ancaq bu kiçik marağı hiss edib tez alət aldı oğluna, tar sinfinə qoydu övladını. Və nəticədə illər keçdi... İndi 50 yaşlı övladının uğuruna sevinir, öz qələbəsini qeyd edir əslində. Yaxınlarına, dostlarına, doğmalarına danışır da, dəfələrlə yada da salır: televizorda ud gördüm, dedim alacam sənə. Elə o vaxtdan udla Mircavad Cəfərov birləşdilər, hə, məhz birləşdilər. Bu dəfəki konsertdə onun alətə münasibətində maraqlı bir incəlik hiss etdim. Ud ondan ötrü sadəcə musiqi aləti deyil, canlı varlıqdı. Sinəsinə sıxır, başını “çiyninə” qoyur və dərdləşir onunla. Bu dəfə isə ötənlərdən - keçənlərdən danışırlar. Arif Məlikovun, Cahangir Cahangirovun, Fikrət Əmirovun musiqilərini ifa edərək... Onların dərdləşməsi hamımızı sehrləyib elə bil. Düşünürəm bu qədər də bütövlük, harmoniya olarmı?! Və birdən... texniki problem, mikrafon zil səs verir. Qanım qaralır. Həyatın BİR olanlara, bütövlərə münasibətinin simvoludu bu. Həmişə mane olmağa, ayırmağa çalışanlar var. Amma Mircavad Cəfərov halını pozmur, başını “dostunun çiynindən” çəkmədən bircə dəfə gözünü qaldırıb pult arxasında oturana baxır. Vəssalam! Hər şey qaydasına düşür və biz tamaşaçılar bu həzin “dialoq”un sehrinə yenidən düşürük. Əslində zalda təsadüfi adam yoxdur. Hamı musiqini, sənəti duyan, bilən adamlardı, çoxsu da peşəkar musiqiçilərdir. Ona görə səhnə ilə zalın ovqatı eynidir, sürətli bir enerji mübadiləsi gedir burada.

Aparıcılar Xalq artisti Alim Qasımovla qızı, istedadlı xanəndə Fərqanə Qasımova ilə birgə səbəbkarın ömrünün maraqlı bir səhifəsini tamaşaçılarla bölüşürlər. Bir vaxtlar çox məşhur olan “Bayatılar”ı ifa edirlər. Sonra bəstəkar Vaqif  Gərayzadə səhnəyə çıxıb kompozisiyanın yaranma tarixçəsindən, Mircavad Cəfərovla tanışlıqlarından danışır: “O vaxt “Bayatılar”ı yeni-yeni düşünürdüm və tərəddüd edirdim, görəsən üzə çıxarımmı, necə qəbul olunacaq... Ud ifaçısı lazım idi mənə. Elə koridorda gedəndə Mircavad çıxdı qabağıma, özündən qabaq əlindəki futlyarı gördüm, “bu nədi belə?” - dedim. (gülür) Adını sonra soruşdum. O gündən başladı birgə işlərimiz...” Vaqif Gərayzadənin, Alim Qasımovun, Mircavad Cəfərovun elə ayaqüstəcə o illəri xatırlayıb deyib-gülmələri məclisə şuxluq gətirir. Bu yerdə insana aid ən ülvi hisslərdən biri, minnətdarlıq duyğusu yubilyarı kövrəldir. Alim Qasımova öz təşəkkürlərini bildirir, xanəndənin onun sənətindəki rolundan danışır. Mənə görə insan xarakterinin ən ümdə və lazımlı tərəflərindən biridir - minnətdarlıq. Məhz bu hiss səni pis adam olmağa, başını itirməyə, unutqanlıq etməyə qoymur. İllər keçib, zirvədəsən, amma yamacdaykən əlindən tutanı, yoluna lap zəif olsa belə işıq salanı da unutmursan. Sənə lap kilometrlərin o tayından varlığı ilə təsir etmiş insanlara da minnətdarsan. Yəqin insanı İNSAN edən cəhətlərdəndi bu. Və o gün səbəbkarı kövrəldən də həmin duyğu idi.

Beləliklə, bir neçə saat ərzində Mircavad Cəfərov dostları, həmkarlarıyla bərabər; “Rast” qrupu və onun bədii rəhbəri Əməkdar artist Rəşad Haşımov, Xalq artistləri Alim Qasımov, Səkinə İsmayılova, Əməkdar artistlər Teyyub Aslanov, Zakir Əliyev, Əməkdar artist, caz ifaçısı Salman Qəmbərov, Əməkdar İncəsənət Xadimi, caz ifaçısı Cəmil Əmirov, istedadlı pianist Emil Əfrasiyab, özünün rəhbərlik etdiyi “Cəngi” qrupu və onun solisti Arzu Həsənli ilə birlikdə ömür kitabını səhifələdi. Çox şeyləri yada saldı; hətta Salyanda musiqi triosu yaratmağını da, hətta İcra Hakimiyyətində məsləhətçi kimi işlədiyi illəri də, Parisi də, Avropanın məşhur konsert salonlarını da, uğurlu layihələrini də, nəticəsiz qalmayan yuxusuz gecələrini də... Bunların hamısını dinlədikcə həyatın dəyişilməz, dəmir qanunu bir daha dərk edirdim. Hər bir uğurlu işin arxasında böyük zəhmət, fədakarlıq dayanır. Xalq artisti Səkinə İsmayılova kövrək çıxışı ilə bunu bir daha təsdiqləyir. Mircavad Cəfərovla birgə işlədiyi çətin illərdən danışır: “Mən çox danışmayacam, tək bir faktı deyəcəm ki, o çətin illərdə Mircavad Salyandan Bakıya məşqlərə gəlirdi”. Belədi, həyat heç nəyi havayı vermir, bəxş eləmir insana. Parisdə konsert vermək, yaxud bu gün, bu axşam bu qədər adamı dörd saat özün haqda düşündürmək üçün, ifanla təsirləndirmək üçün zəhmət çəkməlisən. Çətinliyə dözməli, yorulmamalı, lazım gələndə aparatura, alət  də  daşımalı, lazım olanda ruhuna, dünyana zidd işlərə də tab gətirməlisən...

Qəribədi ki, konsertdə ifa olunan kompozisiyalar haqda da çox danışmaq, təəssüratları bölüşmək olar. Amma nədənsə məhz bütün bunların araya-ərsəyə gəlməsi tarixçəsi daha çox düşündürür adamı. Ancaq heç şübhəsiz ki, istedad, peşəkarlıq, bir də musiqi zövqü hər şeydən vacibdi burda. “Cəngi”nin seçimləri son dərəcə dəqiqdir. Yalnız peşəkar, səviyyəli musiqi ifa edilir. Amma eyni zamanda da ən müxtəlif üslublara, janrlara müraciət tamaşaçını yorulmağa qoymur. Bu dəfəki konsertdə fransız bəstəkarı San Prenin musiqisi son dərəcə təsirli oldu mənim üçün. Hələ yeniyetməlikdən dinlədiyim melodiyanı yenidən eşitmək (özü də belə ifada!) nostalji hisslər yaradırdı. Rahib Azəri bəstəkarın şəxsən bu ifanı dinləyərkən necə kövrəlməsini, təsirlənməsini də tamaşaçılara danışır. Səhv etmirəmsə kompozisiya “Mələk üçün dua” adlanır. Konsert boyu səslənən melodiyaların, kompozisiyaların hər birində insanda xoş hisslər, ilıq duyğular aşılayan nəsə var. Amma bir daha vurğulayıram ki, əsas şərt peşəkarlıqdır, sənətin səviyyəsidir. İndiki dinamik, sürətli zamanda başqa heç bir yolla zal dolu tamaşaçını dörd saat bir yerdə, yormadan, bıqdırmadan saxlamaq olmaz. Yubilyar tez-tez “yorduq sizi” - deyib üzrxahlıq etsə də, yorulmadıq. Əksinə! Mircavad Cəfərovun ömrünün musiqili səhifələri maraqlandırdı, düşündürdü, mənən zənginləşdirdi hər birimizi. Bunu bitib-tükənməyən alqışlardan duymaq olardı.

P.S. ... Və Mircavid Cəfərov!

Mircavad Cəfərovun oğlu, tar ifaçısı, prezident təqaüdçüsü, ölkəmizi dəfələrlə xaricdə təmsil etmiş gənc. Onun istedadını, gözəl ifalarını ötən yazılarımda da xüsusi vurğulamışam. Amma səmimi etiraf edirəm ki, bu dəfəki konsertdə Mircavid özünü ötüb keçdi. “Oxu tar” kompozisiyası ilə hər kəsi yaxşı mənada təəccübləndirdi. Belə erkən yaşından musiqini bu cür hiss etməsi heç şübhəsiz ki, atasının təsiridir.

Xatırlayıram ki, söhbətlərimizdən birində Mircavad Cəfərovdan oğlu haqda soruşmuşdum. Və maraqlı bir hadisə danışmışdı. Hələ körpə ikən aləti oğluna verəndə ona necə səliqəylə, həm də təcrübəli musiqiçi kimi toxunmasını söyləmişdi və o ilk təmasdan yaranan marağın getdikcə inkişaf etməsini danışmışdı. Yenə də istedad və onun üzə çıxmasında böyüklərin diqqətinin vacibliyi məsələsinə qayıdıram. Cəfərovlar ailəsinin gözəl ənənəsidir bu əslində. Böyüklərdən kiçiklərə keçən adətidir. Və mənim dörd saatlıq hesabat konsertindən əxz etdiyim bu oldu ki, əlli yaşlı Mircavad Cəfərovun ömrünün ən gözəl, həm də musiqili “səhifəsi” elə Mircaviddir. Qarşıda isə yeni hədəflər, açılmasını gözləyən səhifələr var! Yola davam!

PƏRVİN







RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanda qız üstündə qanlı dava: öldürüb qamışlığa atdılar

29 İyun 2017 08:29

Mərakeşdə etirazlar zamanı 80 polis yaralanıb

29 İyun 2017 08:27

Abşeronda polis əməkdaşları bıçaqlanan şəxsləri ölümdən xilas ediblər

29 İyun 2017 08:27

Dözülməz diz ağrılarına qarşı təbii yollar

29 İyun 2017 08:27

ABŞ-da təyyarə qəzasında 2 nəfər həlak olub

29 İyun 2017 08:22

“Xovf və rəca arasında olmaq” nə deməkdir?

29 İyun 2017 08:22

Konfederasiyalar Kuboku: İkinci finalçı kim olacaq?

29 İyun 2017 08:17

Qulaq ağrısına qarşı təbii üsul

29 İyun 2017 08:17

Venesuelanın baş prokuroruna ölkəni tərk etməyə qadağa qoyulub

29 İyun 2017 08:15

Azərbaycan yerli velosipedlərin satışına başlayır - Qiyməti 70-2500 manat arası

29 İyun 2017 08:15

NATO-nun müdafiə nazirlərinin görüşü keçiriləcək

29 İyun 2017 08:12

Səcdədə hansı bədən üzvləri yerə dəyməlidir?

29 İyun 2017 08:12

Braziliyada naməlum şəxslər avtomobillə prezidentinin iqamətgahına daxil olmağa çalışıblar

29 İyun 2017 08:12

Təqvim dəyişib - Gələn il Bakıda "Formula 1"lə bağlı problem ola bilər?

29 İyun 2017 08:05

The Foreigner filminin ilk traileri - VİDEO

29 İyun 2017 08:05

İŞİD İraqın şimalına hücum edib: ölənlər var

29 İyun 2017 08:05

Avrkubokda yeni mövsüm başlayır: “Qəbələ”nin gözü Batumidə

29 İyun 2017 08:05

Dəniz duzunun faydaları

29 İyun 2017 08:05

Azərbaycan klubları üçün avrokubok mövsümü başlayır

29 İyun 2017 08:03

Bakıda 42 yaşlı kişi metronun yaxınlığında bıçaqlanıb

29 İyun 2017 07:57

Masallıda sürücü azyaşlını vuraraq hadisə yerindən qaçıb

29 İyun 2017 07:52

Galaxy Note 8-in qiyməti məlum oldu

29 İyun 2017 07:52

MTRŞ-dən televiziyalarda siqaret və spirtli içkilərin nümayiş olunmasına MÜNASİBƏT

29 İyun 2017 07:50

Klublarımız Avropa Liqasında mübarizəyə başlayır

29 İyun 2017 07:44

Asphalt Street Storm Racing təqdim olundu - VİDEO

29 İyun 2017 07:42

Varşava - Berlin qatarında bomba təhlükəsi

29 İyun 2017 07:33

Bəzəklər bəzən yeməli olur - FOTO

29 İyun 2017 07:32

Bakıda 3 yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb

29 İyun 2017 07:32

Yaddaş pozğunluğu əslində beynin faydalı xüsusiyyətidir

29 İyun 2017 07:32

Mara Baqdasaryan yenə dəmir barmaqlıqlar arxasına göndərildi

29 İyun 2017 07:29

İmişlidə 3 otaqlı ev yanıb

29 İyun 2017 07:29

Galaxy S8-i isti yağın içində qızartdılar - VİDEO

29 İyun 2017 07:27

Günəş sistemində daha iki planet var

29 İyun 2017 07:12

2-ci Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumu ABŞ-ın paytaxtında tədbirlər təşkil edib (FOTO)

29 İyun 2017 06:55

Avtobusun vurduğu piyada ayağa qalxıb pivə içməyə getdi - HADİSƏ ANI

29 İyun 2017 06:54

Bakıda "London taksisi" qəza törədib

29 İyun 2017 06:52

22 yaşlı gənc 70 yaşlı kişinin gözlərini oydu - DƏHŞƏT

29 İyun 2017 06:33

Avstriyanın ecazkar memarlığı - FOTO

29 İyun 2017 06:32

Braziliya prezidenti G20 sammitində iştirakını ləğv edib

29 İyun 2017 06:07

İmişlidə 3 otaqlı ev yandı

29 İyun 2017 05:59

Bakıda 42 yaşlı kişi metronun yaxınlığında bıçaqlanıb

29 İyun 2017 05:52

ABŞ-da təyyarə qəzasında 2 nəfər həlak olub

29 İyun 2017 05:43

Mərakeşdə etirazlar zamanı 80 polis yaralandı

29 İyun 2017 05:38

Evdəki mavi və boz - FOTO

29 İyun 2017 05:32

Azərbaycanın turizm şirkətləri Bolqarıstanda keçiriləcək beynəlxalq sammitdə iştirak edəcəklər

29 İyun 2017 05:07

Bakıda iki avtomobil toqquşdu

29 İyun 2017 04:43

Parlaq, gözlənilməz mənzərələr - FOTO

29 İyun 2017 04:32

Brüsseldə NATO-un müdafiə nazirlərinin növbəti görüşü keçiriləcək

29 İyun 2017 04:29

Venesuelanın baş prokurorunun hesabları dondurulub və ona ölkədən çıxış qadağan edilib

29 İyun 2017 04:07

Millimiz Avropa çempionatında ikinci oldu

29 İyun 2017 03:53