Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyi uğurla inkişaf edir

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyi uğurla inkişaf edir

Date: 14 December 2015 17:08


Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzində nazirliyin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Muğan Regional Mərkəzinin rəhbərliyi, Salyan Rayon İcra Hakimiyyətinin başçısı, rayon ictimaiyyətinin nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən qurumlarının əməkdaşları iştirak ediblər.
Tədbirdən əvvəl Regional Mərkəzin inzibati ərazisində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub və dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir FHN-in yaradılması, strukturu və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin uğurla inkişaf etdiyini deyən Muğan Regional Mərkəzin rəisi, polkovnik Mehman Axundov mərkəzin fövqəladə hallarla mübarizə sahəsində həyata keçirdiyi tədbirlərlə əlaqədar hesabat məruzəsi ilə çıxış edib.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, tədbirdə iştirak edən digər şəxslər, rayon ictimaiyyətinin nümayəndələri Muğan Regional Mərkəzinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək nazirliyin 10 il ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən söhbət açıblar.

Tags:  Prezident İlham Əliyevin diqqət qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyi uğurla inkişaf edir


RƏYLƏR


Top news