Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Yaxın on ildə Azərbaycanda elektrik enerjisinə olan tələbatın 3 min meqavat artacağı proqnozlaşdırılır

Yaxın on ildə Azərbaycanda elektrik enerjisinə olan tələbatın 3 min meqavat artacağı proqnozlaşdırılır

Date: 14 December 2015 17:13


Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycanda qarşıdakı on il üçün elektrik enerjisinə olan tələbatın proqnozu müəyyənləşdirilib.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, fəaliyyət planına əsasən, 2015-ci ildən 2025-ci ilədək Azərbaycanda elektrik enerjisinə olan tələbatın 7 min meqavatdan 10 min meqavatadək artacağı proqnozlaşdırılır. Bu dövrdə regionların elektrik enerjisinə olan tələbatın ödənilməsi üçün mövcud paylayıcı elektrik şəbəkələrinin təmiri və bərpası, eləcə də 35 və 110 kilovoltluq yarımstansiyaların tikintisi, yeni elektrik verilişi xətlərinin çəkilişi və s. işlər həyata keçiriləcək.

Tags:  Yaxın on ildə Azərbaycanda elektrik enerjisinə olan tələbatın min meqavat artacağı proqnozlaşdırılır


RƏYLƏR


Top news