Sabiq nazirin oğlu sərxoş halda yol polisini təhqir etdi

Sabiq nazirin oğlu sərxoş halda yol polisini təhqir etdi
17:19 14 Dekabr 2015
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Onun atası vaxtı ilə baş nazirin müavini və ədliyyə naziri vəzifəsində işləyib

Bakıda yol polisi tərəfindən saxlanılan sürücü itaətsizlik göstərib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dekabrın 11-də saat 04:30 radələrində yol polisi Yasamal rayonu Cəfər Cabbarlı küçəsi 45 ünvanının qarşısında “Lexus” markalı 10 AR 900 nömrə nişanlı avtomobili saxlayıb. Bakı şəhər Baş Polis İdarəsi Yol Patrul Xidmətinin inspektoru, polis serjantı Fərid Əkbərov sürücü, 1980-ci il təvəllüdlü Orucov Kamran Əlisaab oğlunun sərxoş olduğunu bildirib və onu tibb məntəqəsində müayinədən keçməyə dəvət edib.

 

Bu zaman sürücü yol polisinə qarşı təhqiramiz ifadələr işlədib və müqavimət göstərib.

 

Polis serjantı hadisə ilə bağlı raport yazaraq aidiyyatı üzrə təqdim edib.

 

Qeyd edək ki, yol polisinin barəsində raport yazdığı Kamran Orucov sabiq ədliyyə naziri və baş nazirin müavini Əlisaab Novruzovun oğludur.

 

Hazırda faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR