"Neftçi" rəsmisi Mançesterə yollandı

İngiltərənin Mançester şəhərində Avropa Klublar Assosiasiyasının (ECA) “Marketinq və Kommunikasiya üzrə İşçi Qrupu”nun ilk iclası təşkil olunacaq.

İşçi qrupunun sədri Ed Vudvardın adından “Neftçi”yə ünvanlanmış məktubda klubun icraçı direktoru Elnur Məmmədovun iclasa dəvəti öz əksini tapıb. Klub rəsmisi adı çəkilən tədbirə qatılmaq üçün bu gün İngiltərəyə səfər edib. İclas 15.12.2015-ci il tarixdə “Old Trafford” stadionunda baş tutacaq.

Qeyd edək ki, işçi qrupunun üzvləri arasında İspaniyanın "Real”, İtaliyanın "Milan”, Almaniyanın "Bavariya”, İngiltərənin “Arsenal” kimi klublarının da nümayəndələri var.

Xatırladaq ki, bir müddət əvvəl Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsi 2015-2017-ci illər üçün 5 işçi qrupunun tərkibini seçərək təsdiq etmişdi. Avropa Klublar Assosiasiyasının “Marketinq və Kommunikasiya qrupu”nda "Neftçi”nin icraçı direktoru Elnur Məmmədov da yer almışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR