Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başlayıb

Date: 14 December 2015 17:23

Bakı. Trend:

Dekabrın 14-də Bakıda Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda nümayəndə heyətləri Siyasi-Hərbi, Maddi-Texniki Təminat və Müdafiə Sənayesində Əməkdaşlıq üzrə yardımçı işçi qruplarında əməkdaşlığın cari vəziyyətini bir daha nəzərdən keçirəcəklər. Toplantıda, həmçinin qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə ediləcək.

Hərbi dialoq çəçivəsində müzakirələrə dekabrın 15-də yekun vurulacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Bakıda Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başlayıb

RƏYLƏR


Top news