Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Narkotik vasitənin Azərbaycana gətirilməsinin qarşısı alınıb

Narkotik vasitənin Azərbaycana gətirilməsinin qarşısı alınıb

Date: 14 December 2015 17:28


Bakı, 14 dekabr, AZƏRTAC
Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Elşad Məmmədovun üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) bir ədəd bağlamada, 66 ədəd həb şəklində olan metadon aşkar edilib.
Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan 66 ədəd həbdə metadonun təsiredici maddəsinin xalis çəkisi 2,62 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.

Tags:  Narkotik vasitənin Azərbaycana gətirilməsinin qarşısı alınıb


RƏYLƏR


Top news