Azərbaycanın tanınmış caz pianoçusu Afinada keçirilən festivalda çıxış edib

17:38 14 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, Aygün Həsənova, AZƏRTAC
Azərbaycanın tanınmış caz pianoçusu Elçin Şirinov Yunanıstanın paytaxtı Afinada keçirilən “5th Greek Jazz Panorama” festivalinda çıxış edib.
E.Şirinov AZƏRTAC-a bildirib ki, konsertdə görkəmli bəstəkarlar Üzeyir Hacıbəylinin, Qara Qarayevin əsərləri və Azərbaycan xalq mahnıları caz aranjimanında ifa olunub.
Konsertdə Elçin Şirinovu udda Alekos Vretos, kontrabasda Dimitris Christopoulos , zərb alətlərində isə Dimitris Klonis müşayiət ediblər.
Azərbaycan musiqisi və caz ənənəsi yunan tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_taninmis_caz_pianochusu_Afinada_kechirilen_festivalda_chixis_edib-911164

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR