Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Alisa Freyndlix və Oleq Basilaşvili Bakıda mətbuat konfransı keçirəcək

Alisa Freyndlix və Oleq Basilaşvili Bakıda mətbuat konfransı keçirəcək

Date: 14 December 2015 17:42

Bakı. 14 dekabr. REPORT.AZ/ Q.A.Tavstonoqov adına Rusiya Böyük Dram Teatrının kollektivi Bakıya gələcək. 
Bu barədə "Report"a S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrından məlumat verilib. 
İnformasiyaya görə, Rusiya Böyük Dram Teatrı "Böyük qastrollar-2015" xarici qastrol səfərləri çərçivəsində dekabrın 20-21-də Bakıda olacaq. 
Teatr F.Dostoyevskinin "Dayının yuxusu" əsəri əsasında Rusiyanın xalq artisti, rejissor Timur Çxeidzenin hazırladığı tamaşanı azərbaycanlı tamaşaçılara təqdim edəcək. 
Bu münasibətlə dekabrın 21-də Tovstonoqov adına Rusiya Böyük Dram Teatrınının yaradıcı heyəti Bakıda mətbuat konfransı keçirəcək. Tədbirdə SSRİ xalq artistləri Alisa Freyndlix və Oleq Basilaşvili iştirak edəcək.
Qeyd edək ki, bu Tavstonoqov adına Rusiya Böyük Dram Teatrının Bakıya ilk qastrol səfəridir.
Səfərin təşkilatçıları Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Rusiyanın Mədəniyyət Nazirliyidir.
Xatyırladaq ki, "Dayının yuxusu" əsəri Rusiya Böyük Dram Teatrının qızıl fonduna daxil olan tamaşadır. Tamaşa dəfələrlə xarici ölkələrdə uğurla nümayiş etdirilib.
Rusiyada "Qızıl Maska", Estoniyada "Ən yaxşı tamaşa", Tbilissidə keçirilən Beynəlxalq Teatr Festivalında isə birinci yerin sahibi olub.




Tags:  Alisa Freyndlix Oleq Basilaşvili Bakıda mətbuat konfransı keçirəcək

RƏYLƏR


Top news