Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanın Beynəlxalq Antikorrupsiya Akademiyasına verdiyi töhfələr yüksək qiymətləndirilib

Azərbaycanın Beynəlxalq Antikorrupsiya Akademiyasına verdiyi töhfələr yüksək qiymətləndirilib

Date: 14 December 2015 17:42

Bakı. 14 dekabr. REPORT.AZ/ Vyanada "Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında" Sazişə tərəfdaş dövlətlərin Assambleyasının IV sessiyası keçirilib. Tədbirdə Azərbaycanı baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi və tərkibinə Xarici İşlər Nazirliyinin məsul əməkdaşlarının daxil olduğu nümayəndə heyəti təmsil edib.
Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, plenar iclasda K.Əliyev ötən ilin noyabrında Bakıda keçirilən III sessiya zamanı Assambleyanın sədri vəzifəsinə seçilən baş prokuror Zakir Qaralovun adından çıxış edərək Azərbaycanda son illərdə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri, o cümlədən ən uğurlu qabaqlayıcı institusional tədbirlərdən biri kimi "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti, habelə ölkəmizin bu sosial bəlaya qarşı mübarizə sahəsində apardığı səmərəli beynəlxalq əməkdaşlıq barədə məlumat verib.
Azərbaycanın Assambleyaya sədrliyi dövründə həyata keçirilmiş uğurlu fəaliyyətnəticəsində 5 ölkə Akademiyaya üzv qəbul olunmaqla qeyd olunan Sazişə qoşulub və ya ratifikasiya edən üzvlərin sayı 65-ə çatıb. Sessiyada Akademiyanın rəhbərliyi tərəfindən ötən müddət ərzində Azərbaycanın təşkilata verdiyi töhfələr yüksək qiymətləndirilib.
Assambleyanın nizamnaməsinə görə sessiyanın açılışında təşkilata sədrlik Nigeriyaya keçib.
Daha sonra Akademiyanın İdarə Heyətinə seçkilər keçirilib. Azərbaycanlı deputat Vüsal Hüseynov 6 il müddətinə İdarə Heyətinə üzv seçilib.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti Bolqarıstanın vitse-prezidenti, Akademiyanın İdarə Heyətinin sədri Marqarita Popova, Avstriyanın daxili işlər naziri Yohanna Mikl-Leytner, Akademiyanın dekanı və icraçı katibi Martin Kroytner və digər nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib, gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.
Tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov iştirak edib.
Sessiya çərçivəsində tədbir iştirakçılarına Azərbaycanda son 10 il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri özündə əks etdirən jurnallar paylanıb.

Tags:  Azərbaycanın Beynəlxalq Antikorrupsiya Akademiyasına verdiyi töhfələr yüksək qiymətləndirilib

RƏYLƏR


Top news