Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Türkiyənin baş naziri: "Fənərbaxça"-"Lokomotiv" qarşılaşması böhrandan çıxmağa yol aça bilər"

Date: 14 December 2015 17:47

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Avropa Liqasının 1/16 finalında İstanbulun "Fənərbaxça" klubu ilə Moskvanın "Lokomotiv" komandasının qarşılacağı ilə bağlı açıqlamasında deyib.
"Biri-birinə dümən olmayan Türkiyə və Rusiya vətəndaşları Moskva və İstanbuldakı stadionları dolduracaq. "Lokomotiv" bizim üçün yad klub deyil. Mövcud problemə aidiyyəti olmayan gənclər oynayacaq. Bu, ağayana oyun olacaq. Mən istərdim ki, bu, Rusiya ilə Türkiyə arasındakı mövcud vəziyyətə öz pozitiv təsirini göstərsin. Bu idman yarışı böhrandan çıxışa yolu aça bilər", - baş nazir vurğulayıb.
Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsində Türkiyənin "Fənərbağça" və Rusiyanın "Lokomativ" komandalarının ilk oyunu 2016-cı il fevralın 16-da İstanbulda keçiriləcək.

Tags:  Türkiyənin baş naziri Fənərbaxça-Lokomotiv qarşılaşması böhrandan çıxmağa yol aça bilər

RƏYLƏR


Top news